Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Vençur (risk) bazarı (III hissə)

II hissəyə nəzər yetirin

Mühafizəkar Avropa

ABŞ-dan fərqli olaraq, Avropa bazarında 100-500 milyon dollar sərmayə yatırmağa hazır olan iştirakçılar yoxdur. Burada orta çek 10 milyon dollarla 20 milyon dollar arasında tərəddüd edir.

Bəzi fondlar yalnız bir dövlətin ərazisində, digərləri, məsələn, “Holtzbrinck Ventures” fondu – bir neçə ölkənin ərazisində fəaliyyət göstərir. Digər bir xarakterik xüsusiyyət – İtaliya, Almaniya və İsveçrədə cəmləşən çoxlu sayda özəl klubların investorlar üçün populyarlığıdır.

Avropa bazarı Amerika bazarından geri qalır və bunu “MoneyTree Report”un hesabatı da təsdiq edir. Belə ki, 2018-ci ilin birinci rübündə ABŞ və Kanadada 21,9 milyard dollar dəyərində 1298, Avropada 4,8 milyard dollar dəyərində yalnız 593 əməliyyat üzrə müqavilə bağlanmışdır.

Baxmayaraq ki, Avropa startapları daha yavaş inkişaf edir, eyni zamanda, onlar həm də daha az pul vəsaitini sıradan çıxarır. Nəticə etibarilə isə onlar amerikan şirkətlərinə nisbətən daha tez gəlir əldə edirlər.

MDB ölkələri – bu bazarın yeni iştirakçıları

Belə bir bazarı avropa və ya amerikan bazarı ilə müqayisə etmək çox çətindir. Son mərhələdə vəsait yatırmağa hazır olan vençur fondlarının sayı sıfıra yaxındır. Onlar startapları almağa hazır deyillər.

Rusiyada, Belorusiyada və Ukraynada, digər ölkələri hələ demirik, böyük biznes nümayəndələri çox azdır. Təəssüf ki, IPO vasitəsilə nəticələr və onların perspektivləri də çox azdır.

Məhdudlaşdırıcı amil vençur maliyyələşdirilməsi ekosisteminin zəif inkişaf etmiş infrastrukturudur. Belə ki, postsovet məkanı dövlətlərinin əksəriyyətində qanunvericilik və vergi bazası bir çox boşluqlara malikdir ki, bu da gənc şirkətləri investor üçün daha az cəlbedici edir.

IV hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email