Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

Vençur (risk) bazarı (IV hissə)

III hissəyə nəzər yetirin

Perspektivli Asiya
“Blue Future Partners” investisiya şirkətinin araşdırmasına görə, Asiya ölkələrində 162 vençur fondu fəaliyyət göstərir. Onların arasında dünya arenasından gələnlər də, Asiya ərazisində fəaliyyət göstərənlər də var. Artım perspektivlərini nəzərə alaraq, daha çox beynəlxalq fondlar bu bölgəyə gəlməkdədir.

Onlardan ən nəhəng oyunçular bunlar hesab olunur:

  • “WI Harper Group” (Çin, Tayvan, Silikon Vadisində fəaliyyət göstərir);
  • “IDG Capital” (Çində fəaliyyət göstərir);
  • “Sequoia” (Hindistan, İsrail və Çin bazarlarında ixtisaslaşıb).

Asiya bazarının fərqləndirici xüsusiyyəti ölkələrin fəal iştirakından ibarətdir. Məsələn, Sinqapur hökuməti – “GIC Private Limited” və “Temasek Holdings” kimi iki məşhur fondu təsis etmişdir. Bundan başqa, korporativ fondlar da az rol oynamırlar ki, bu da ABŞ və ya Avropa üçün səciyyəvi deyil.

Ümumilikdə, Asiya bazarı böyük sürətlə artır. Artıq indi o, demək olar ki, ABŞ bazarı ilə – müvafiq olaraq 70,8 milyard dollar və 71,9 milyard dollar bərabərləşib. Ekspertlər bu fikirdədirlər ki, tezliklə Asiya bu məsələdə Amerikanı ötəcək.

Müəyyən bir bölgənin hər bir vençur bazarının həm investorlar, həm də startap şirkətləri üçün öz üstünlükləri və mənfi cəhətləri var. Əgər ABŞ-da bazar aktivdirsə və investisiya həcmi daha çoxdursa, onda, ehtimal ki, investor daha çox mənfəət əldə edəcək. Amerikada eyni startap Avropada olduğundan daha bahalı qiymətləndiriləcəkdir, çünki bazarın özü də xeyli böyükdür. Ancaq unutmayın, böyük miqdarda mənfəət əldə etmək ehtimalı nə qədər çox olsa, hər şeyi itirmək riski də bir o qədər yüksəkdir.

Bu baxımdan Avropa daha balanslıdır, çünki burada mənfəət və risklər orta səviyyədədir. ABŞ-ın əsas rəqibi statusuna Asiya yiyələnməkdədir və o, vençur sərmayələrinin artması baxımından böyük templər əldə edir. Postsovet məkanında olan ölkələrin kimlərdən nümunə götürəcəyi ortalıqdadır, vergi və qanunvericilik bazası təkmilləşdiriləyənə qədər onlara nəhəng beynəlxalq investorları görmək nəsib olmayacaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email