Vergi hesabat formasına dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi hesabat forması«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrinin dövlət qeydiyyatına alınması dövlət rüsumu tutulan hallara aid edilib. Buna görə də «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın forması və onun tərtib edilməsi qaydası»na dəyişikliklərə zərurət yaranmışdı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Bəyannamələrin təhlili şöbəsinin rəhbəri Vüsal Qarayev bildirib ki, məsələlərin həlli məqsədilə «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın və onun tərtib edilməsi qaydasında müvafiq dəyişikliklər edilib. Qaydalara əsasən, hesabat formalarında aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının təqdim olunması, mobil cihazların qeydiyyata alınması ilə bağlı bəyannamə tərtibatı proqramında texniki xarakterli dəyişikliklər ediləcək. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd olunduğu kimi, hesabat dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim ediləcək. Hesabatda aparılan hesablamalarda riyazi səhvlər olduqda, onlar vergi orqanı tərəfindən düzəldilərək xüsusi proqram vasitəsilə düzgün hesablanmış rüsum məbləğləri birbaşa baza göstəricilərinə daxil ediləcək. Qanunun icrası ilə əlaqədar Vergilər Nazirliyinin xüsusi proq­ram­larında dəyişikliklər aparılacaq.

Vergi orqanları tərəfindən hesabat formalarına edilmiş dəyişikliklərin vergi ödəyicilərinə izah edilməsi məqsədilə onların məlumatlandırılması həyata keçiriləcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email