Vergi islahatları büdcə kəsirini azaltmağa imkan verəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştiAzərbaycanda dövlət idarəçiliyi sahəsində səmərəliliyin artması neftin qiymətinin ucuzlaşması nəticəsində sürətlə pisləşən ticarət şərtləri fonunda baş verib. Bunu “Moody` s Investors Service” reytinq agentliyinin analitikləri qeyd edirlər. Agentliyin MDB-də islahatlara və onların nəticələrinə dair hesabatında qeyd edilib ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan milli valyutanın dollara bağlılığını ləğv edib ki, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib: “Hazırda Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsinin köməyi ilə inflyasiya hədəflənməsi prosesini həyata keçirir, eyni mexanizmdən istifadə edən Qazaxıstan isə inflyasiyanın daha sürətlə azalmasına nail olur”. (vergi islahatları, büdcə)

“Moody` s”in analitikləri vurğulayıblar ki, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası ölkəni yüksək dollarlaşmış bank sistemində artan təzyiqlə üz-üzə qoyub: “Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərin və qanunverici təşəbbüslərin həyata keçirilməsinə səbəb olub. Neft gəlirlərinin sabitliyini nəzərə alaraq hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün səylərini bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (1 yanvar 2019-cu il – İF) Azərbaycanda tətbiq edilən vergi qanunvericiliyi protsiklliyi, eləcə də qeyri-neft büdcəsi kəsiri tədricən azalacaq”.

Agentlik hesab edir ki, Azərbaycanda (“Ba2”, “stabil”) 2014-16-cı illərin şoklarından sonra iqtisadiyyat bərpa olunduqca islahatların aparılması üçün sövqedici motivlər azalıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi islahatları, büdcə
Print Friendly, PDF & Email