fbpx

Milli Məclis Vergi Məcəlləsinə təklif edən dəyişiklikləri I oxunuşda qəbul edib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sığorta fəaliyyəti, Miqrasiya məcəlləsi Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt dövlət rüsumuMilli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.(Vergi Məcəlləsinə dəyişikliklər)

Müzakirələrdən sonra müvafiq qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Hazırlanan layihədə sənəddə 154 maddə və yarımmaddə dəyişdiriləcək.

Dəyişikliklər aşağıdakı sahələrə aiddir:

Elektron vergi hesab-fakturanın ləğvi və əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə-fakturaların tətbiqi üzrə – 33 maddədə.

ƏDV-nin hesablanması və ödənilməsində vahid yanaşmanın tətbiqi (kassa metodu) üzrə – 17 maddədə.

Bina tikintisində sadələşdirilmiş verginin ləğvi üzrə – 16 maddədə.

Yalan əqdlər və riskli vergi ödəyiciləri üzrə – 15 maddədə.

Aksiz dərəcələrinə yenidən baxılması üzrə – 12 maddədə.

Azadolmalar üzrə – 13 maddədə.

POS-terminalların quraşdırılmasına nəzarət və yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi üzrə – 4 maddədə.

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi sahəsində təkmilləşmə üzrə – 3 maddədə.

Mərkəzləşdirilmiş qaydada uçotu alınma üzrə – 3 maddədə.

Tikinti şirtkətləri tərəfindən yaşayış və qeyri yaşayış sahələrindən dövlətə ayrılan hissədən vergitutma üzrə – 3 maddədə.

Transmilli Şirkətlər Qrupu üzrə hesabatlılıq üzrə – 2 maddədə.

Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda digər dövlətin vergi orqanları ilə birgə yoxlamaların keçirilməsi üzrə – 2 maddədə.

Redaktə və dəqiqləşdirmə xarakterli – 31 maddədə.



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!