Vergi məcəlləsinin 102.1.10-cu maddəsinin praktiki izahi

posted in: Vergi, Xəbər | 0
birbank biznes
Vergi məcəlləsiSual: Vergi məcəlləsinin 102.1.10 maddəsinə bir neçə praktiki izah ala bilərəmmi? Hansı ödənişlər kompensasiya xarakterli sayılır? Və 102.1.10 maddəsi ilə 102.1.14 də qeyd olunan kompensasiya ödənişlərinin nə kimi fərqləri var?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi ilə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, 102.1.14-cü maddəsi ilə isə fiziki şəxslərə dəymiş zərərlə əlaqədar olmayan kompensasiya xarakterli ödəmələr nəzərdə tutulmuşdur.
Bax: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?

Cavab: Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərə nələrin aid edildiyi isə Vergi Məcəlləsinin 102.1.14.1-102.1.14.16-cı maddələrində sadalanmışdır.

Print Friendly, PDF & Email