Vergi müfəttişləri ilə bağlı lətifələr

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Vergi müfəttişləriVergi müfəttişləri ilə bağlı lətifələr

Fermerin qapısını naməlum kişi döyür və soruşur:

– Söyləyin, sizin ən yaxşı inəyiniz neçəyədir?

– Öncə mənim bir sualıma cavab verin – siz vergi müfəttişliyindənsiniz və ya sadəcə mənim inəyimi maşınınızla vurub öldürmüsünüz?

Bax: Mühasiblər barədə lətifələr


Arbitraj məhkəməsində hakim vergi ödəyicisindən soruşur:

– Siz vergi müfəttişinin söylədiyi kimi vergilərin ödənişindən yayınmısınız?

– Tam elə deyil, amma, onun metodu diqqətə layiqdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kişi dənizdə üzür.

Xilasedici qüllədən ona qışqırırlar:

– Vergi müfəttişi, üzmə zonasına qayıdın!

Kişi ətrafına boylanır, amma, heç kimi görmür.

Yenə də:

– Vergi müfəttişi, üzmə zonasına qayıdın!

Yenə ətrafına boylanır – heç kim yoxdur.

Kişi sahilə tərəf üzür, xilasediciyə yaxınlaşır və deyir:

– Sən haradan bildin ki, mən vergi müfəttişiyəm?

– Bunda nə var ki, hamı üzərkən əllərini özündən kənara tərəf açır, sən isə əllərini özünə sarı çəkirsən.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email