Vakansiya: Vergi Mühasibatlığı üzrə Təcrübə Proqramı
Vakansiya haqqında
İdarə: Maliyyə
Şöbə: Mühasibatlıq
Bölmə: Vergilər
İş qrafiki: Tam ştat (09:00 – 18:00)
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 17.02.2019
Müqavilə müddəti: 3 ay
Müqavilənin növü: Ödənişli, əmək müqaviləsi ilə
Sizin əsas vəzifə öhdəlikləriniz
* Vergi növləri üzrə hesabatların doldurulması.
* Hesablanmış və mühasibatlıq proqramına daxil edilmiş vergiyə cəlb olunan məbləğlərin hesablar üzrə müqaisəli təhlilin aparılması.
* İllik mənfəət vergisinin hesablanması üçün bilavasitə və sərbəst məfəətdən çıxılan xərclərin bölgüsünün aparılmasında köməklik göstərmək.
* Vergilər Nazirliyindən daxil olan məktubların cavablandırılmasına köməklik göstərmək.
* Mühasibatlıq üzrə digət tapşırıqların icrası.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil (bakalavr)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Vergi qanunvericiliyi və mühasibatlıq haqqında ilkin biliklərə sahib olmaq.
* Analitik düşünə bilmək.
* Detallara diqqət yetirmə qabiliyyəti.
* Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək.
* MS Office Proqramlarını bilmək.
Nihad
Salam. Bu vakansiyadır, seminardır yoxsa ki, kursdur, nədir belə?