Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır

posted in: Vergi, Xəbər | 0

uçota alınmaVergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədi ilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.

Bununla bağlı mayın 3-də Vergilər Nazirliyində brifinq keçirilib.

Brifinqdə Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.

Bildirilib ki, bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq. Vergi orqanları ilə münasibətllərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

Qeyd olunub ki, vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanının fəaliyyət istiqamətləri, hüquq və vəzifələrini müəyyən edən “Vergi Ombudsmanı haqqında Əsasnamə” təsdiq edilib.

Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.

E.Məmmədov bildirib ki, Vergilər Nazilriyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına da böyük təsir göstərəcəkdir.

Brifinqdə həmçinin vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır..

E.Məmmədov bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *