fbpx

Vergi orqanlarına işə qəbul üzrə 2-ci mərhələyə keçənlərin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Oktyabrın 26-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbul ilə bağlı sayca 16-cı test imtahanı keçirib.

Dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə sentyabr ayında elan edilib. Müsabiqə üzrə ilkin sənəd qəbulu 2019-cu ilin sentyabr ayının 20-dən oktyabr ayının 7-dək aparılıb. Müsabiqədə iştirakla bağlı 1.456 vətəndaş müraciət edib, onlardan 1.369 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Namizədlər, əsasən, hüquqşünaslıq, iqtisadiyyat və digər ixtisas istiqamətlərini əhatə edir.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən ədəbiyyat siyahısı nazirliyin www.taxes.gov.az rəsmi internet saytına yerləşdirilib. İmtahanda namizədlərə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən 96 nаmizəd növbəti mərhələyə – müsahibəyə buraxılıb.

İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Vergilər Nazirliyinin internet saytı vasitəsilə ictimaiyyətə elan edilib.

Qeyd edilməlidir ki, geniş potensiala malik gənclərin vergi xidmətinə işə cəlb edilməsi məqsədilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Bu imtahanlar vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. Kadr ehtiyatı bazasına daxil edilmiş şəxslər mövcud vakansiyalar üzrə vergi orqanlarına işə qəbul olunmaq üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılır.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email
error: Content is protected !!