“Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulu

posted in: Vergi, Xəbər | 0

Vergi partnyorluğuKeçən yazımızda “Vergi partnyorluğu Sazişi”-nin bağlanması barədə məlumat vermişdik.

Bu dəfə “Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulundan bəhs edəcəyik.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 13.2.49-cu, 15.1.15-1-ci və 23.1.15-2-ci maddələri
  • AR Prezidentinin 29.12.2012-ci il tarixli 802 nömrəli “AR-nın VM-də dəyişikliklər edilməsi haqqında” AR-nın 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 3.1-ci bəndi;
  • NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”
  • AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
  • NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
  • VN Kollegiyasının 22.04.2014-cü il tarixli 1417050000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

Xidmətin göstərildiyi yer:

  • İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

  • VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti:

  • dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

  •  ərizənin qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Həmçinin bax: Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *