Vergi qanunvericiliyindəki son dəyişikliklərlə bağlı tədbir keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Hesabatın verilməsiDövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçiriləcəkdir. Vergilər Nazirliyi ilə birgə təşkil olunacaq tədbir 27 mart saat 15:00-də “Park Inn” hotelinin “Dan Ulduzu” zalında baş tutacaqdır.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılacaqdır. Həmçinin Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı rəy və təklifləri dinləniləcək, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi tərəfindən suallar cavablandırılacaqdır.

Tədbirdə iştirak etmək istəyən hotellərin, səyahət agentliklərinin və tur operatorların nümayəndələri https://bit.ly/2TSCF8a formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Tədbirin keçiriləcəyi məkan: “Park Inn” hotelinin “Dan Ulduzu” zalı

Tədbirin keçiriləcəyi vaxt: 27 mart saat 15:00

Tədbirə qeydiyyat 27 mart 2019-cu il saat 12:00-dək davam edəcəkdir.

Mənbə: travelnews.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *