fbpx

Vergilər nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarVergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edəcək. (Vergilər naziri)

Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev 23 sentyabr 2019-cu il tarixində Cəlilabad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev prospekti) Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Cəlilabad, Astara, Lerik, Masallı və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək

Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 20 sentyabr 2019-cu il tarixində Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qazax şəhəri, S.Arixov küçəsi) Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 14 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Qazax, Ağstafa və Tovuz rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email
error: Content is protected !!