Vergilər Nazirliyinin rəhbərliyi sahibkarlarla görüş üçün regionlara ezam olunub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən müəyyən işlər görülüb, əsas hədəflər ictimaiyyətə bildirilib və gələcək iş fəaliyyətinin əsas istiqamətləri açıqlanıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədilə, Nazirliyin rəhbər vəzifəli şəxsləri regionlara ezam ediliblər.

Mart ayının 5-dən 9-dək Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, Nazirlik yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: apa.az

Print Friendly, PDF & Email