Qısamüddətli aktivlər
Qısamüddətli aktivlər 12 ayadək istifadə olunan aktivlərdir. Belə aktivlər hesablar planının ikinci bölməsinin uçot hesabları üzrə qeydə alınır. Onlara qısamüddətli maliyyə investisiyaları, cari dövriyyə aktivləri, pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli debitor borcları və satış üçün alınmış qısamüddətli aktivlər nümunə göstərilə bilər.
Verilmiş qısamüddətli borclar sair qısamüddətli aktivlər qrupuna aid edilir. Müəssisələrin borc öhdəliklərinin olması adi işgüzar təcrübədir. Borc kapitalı tez-tez əlavə maliyyə mənbəyi kimi istifadə olunur: xammal, material və avadanlıqların alınması üçün. Əgər borcu alan varsa, verilmiş borcların olması da təbiidir.
Qısamüddətli maliyyə aktivlərə aşağıdakılar nümunə göstərilə bilər:
- saxlanılan qısamüddətli investisiyalar;
- verilmiş qısamüddətli borclar;
- digər qısamüddətli investisiyalar.
Sair qısamüddətli maliyyə aktivləri Hesablar Planının 23-cü maddəsinə uyğun olaraq uçota alınır.
Sair qısamüddətli maliyyə aktivləri
Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli kimi təsnif edilə bilər. Müəssisə qoyuluşların hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən etməlidir. Qısamüddətli maliyyə aktivləri, adından da göründüyü kimi, qısamüddətli ödəmə müddəti ilə xarakterizə olunur – adətən bir ilə qədər. Çox vaxt daha qısa ödəmə şərtləri var – 30 günə qədər verilmiş qısamüddətli maliyyə aktivləri var.
Sair qısamüddətli maliyyə aktivləri üzrə mühasibat uçotunun aparılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. Bu qaydalar mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini, subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.
Həmin qaydaların Qaydaların 25.1-ci maddəsinə görə sair qısamüddətli maliyyə aktivləri üçün aşağıdakı hesablar açıla bilər:
233 №li “Qısamüddətli verilmiş borclar” hesabı üzrə müxabirləşmə nümunəsi
Mühasibat uçotu subyekti tərəfindən verilmiş qısamüddətli borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 233 saylı “Qısamüddətli verilmiş borclar” hesabında əks etdirilir.
Qısamüddətli verilmiş borclar bu hesabın debeti və 221, 223, 225 saylı hesabların kreditində əks etdirilir.
Debitor borcları verilmiş qısamüddətli borclar kimi təsnifləşdirilən zaman müxabirləşmələr yuxarıda qeyd edilən qaydaların 25.16 bəndi ilə nizamlanır.
Verilmiş qısamüddətli borcların mənbəyi mühasibat uçotu subyekti tərəfindən buraxılan səhmlər olduqda, aşağıdakı mühasibat yazılışı verilir:
- Debet 302 saylı hesab, kredit 301 saylı hesab;
- Debet 233 saylı hesab, kredit 302 saylı hesab.
Müəssisəyə qısamüddətli borcların verilməsi halı ilə bağlı aşağıdakı nümunəyə baxaq:
Nümunə: A” MMC “B” MMC-ə aylıq, faiz dərəcəsi 20% olmaq şərti ilə 40000 manat qısamüddətli borc vermişdir. Verilmiş qısamüddətli borcla bağlı “B” MMC cəmi 8000 manat faiz ödəməlidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Müəssisəyə uzunmüddətli borc verilir | 233 – Qısamüddətli verilmiş borclar | 223 – Bank hesablaşma hesabları | 40000.00 |
| 2 | Hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 8000.00 |
| 3 | Hesablanan faiz borcunun ödənilməsi | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 8000.00 |
| 4 | Hesablanan faizlərdən olan gəlirlərin maliyyə gəlirlərinə tanınması | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 631 – Maliyyə gəlirləri | 8000.00 |
| 5 | İlin sonu üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır | 631 – Maliyyə gəlirləri | 801 – Ümumi mənfəət (Zərər) | 8000.00 |
| 6 | Qısamüddətli verilmiş borclar qaytarılır | 223 – Bank hesablaşma hesabları | 233 – Qısamüddətli verilmiş borclar | 40000.00 |

