Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər NazirliyiXidmətin adı: VN ilə elektron sənəd mübadiləsinin  aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

– “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli və 26.04.2016-cı il tarixli 1617040100604700 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət  mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili   bölmələri, ilkin qeydiyyat zamanı – Naxçıvan MR VN-nin Kommersiya hüquqi dövlət şəxslərin qeydiyyatı şöbəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi,

ASAN xidmət mərkəzləri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları, vergi orqanlarının inzibati binalarında yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri, ilkin qeydiyyat zamanı – qeydiyyat və uçot strukturları

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Elektron sənəd mübadiləsi haqqında Müqavilə

– qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün  istifadəçi kodu, parol və şifrə

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email