VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?

posted in: Vergi, Xəbər | 0

VÖEN-i olmayan şəxsdən mal aldıqda rəsmiləşdirmə

VÖEN, hüquqi şəxs, fiziki şəxs, gəlir vergisi, rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməSual: Müəssisəmiz sexdən stol masası alıb, ödəniş etmək istəyir. Lakin qarşı tərəfin bank hesabı və VÖEN-i yoxdursa, ona nağd ödəniş edib xərcə salmaq olarmı? Olarsa əlavə hansı vergilər ödənilməlidir? (Məsələn satıcıya çatmalı olan məbləğ 100 AZN-dirsə, nə qədər vergi ödənilməlidir?)

Cavab: Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *