Wall Street: Əsas maliyyə küçəsinin tarixçəsi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0
birbank biznes

Wall Street: əsas maliyyə küçəsinin tarixçəsi

Dünyada çətin ki, elə bir adama rast gələ biləsən ki, məşhur Wall Street küçəsi barədə eşitməmiş olsun, onun tarixi və indiki maliyyə statusu sahəsində xüsusi əhəmiyyətə malik olmamasından xəbərsiz olsun. Wall Street-i tam əminliklə bütün dünyanın maliyyə mərkəzi adlandırmaq olar. Belə ki, burada, New York-da fond birjası yerləşir və aparıcı kapitallar da məhz, burada toplanıb. New York-un mərkəzində yerləşən bu küçənin özünə gəldikdə, o çox dardır və ölçülərinə görə olduqca balacadır.

Wall Street-in tarixi

Bu adı küçə hələ 17-ci əsrdə alıb. O vaxt bu rayonda holland yaşayış məntəqəsi olan Yeni Amsterdamın şimal sərhədi keçirdi. İndiki küçənin yerində o vaxtlar buranı hindulardan qorumaq üçün hasar çəkilmişdi. Bəzi mənbələr küçəyə belə bir adın verilməsini 1624-cü ildə Valloniyadan bura gələn 30 ailənin şərəfinə verildiyini deyirlər. Çox ehtimal ki, ilkin olaraq küçə “de Wall Straat” adlanıb.

Wall Street dünya maliyyə mərkəzi kimi

Tarixi mənbələrə görə, 18-ci əsrdə küçənin başlanğıcında “platon ağacları” (tanrı ağacları) bitirmiş. Onun yaxınlığında isə treyderlər arasında ilk ticarət münasibətləri yaranıb. Hələ 1792-ci ildə həmin tacirlər öz şəxsi assosiasiyalarını  yaradırlar və aralarında “platon sazişi” bağlayırlar. Elə bu hadisənin özü New York birjasının fəaliyyətinin başlanğıcı kimi qəbul edilib. Maraqlıdır ki, prezidentin ilk inaqurasiyası da – 1789-cu ildə – məhz, Wall Street-də baş tutub. Belə ki, aprelin 30-da George Washington Federal zalın balkonunda and içib və elə orada da hüquqlar barədə bill (qanun) qəbul olunub.

100 il keçdikdən sonra “The Wall Street Journal” qəzeti işıq üzü görüb, hansı ki, həmin məşhur küçənin adı ilə adlandırılmışdı. Qeyd etmək lazımdır ki, bir çox onilliklər ərzində heç bir digər qəzet dünyada bu qədər tələbat və təsirə malik olmayıb.

Elə burada, Wall Street 23 ünvanında 1914-cü ildə “Morqan Evi” açılıb, hansı ki, bir müddət sonra bankın və ABŞ maliyyə işləri mərkəzinin mənzil-qərargahına çevrildi.

New York-dan ötrü bu küçə olduqca mühüm əhəmiyyət daşıyır, bu şəhərin dünya maliyyə mərkəzi statusunu oynayır. 20-ci əsrin 80-ci illərində New York banklarla, maliyyə sahəsində aparıcı təşkilatların mərkəzi şöbələri, fond birjaları, sığorta sahəsində şirkətlərlə dolu idi.

Maraqlıdır ki, cəmi 400 il əvvəl Wall Street təsadüf nəticəsində yaranmışdı, bu gün isə həmin küçə dünya iqtisadiyyatının inkişafı və insanların taleyinə güclü təsir göstərir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email