Xarici hüquqi şəxsin ölkəmizdəki filialının xərclərinin qarşılanması vergitutma obyektidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergitutma obyekti

Sual: Qeyri-rezident xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı sadələşdirilmiş vergi ödəyicisidir. Filialın xərclərinin (icarə və əmək haqqları, kommunal xərclər və s.) qarşılanması üçün xarici ölkədəki baş ofis tərəfindən filialın bank hesabına daxil olan pul vəsaitinə görə hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı mənfəət vergisinin ödəyicisi olmalı və baş ofis tərəfindən filialın bank hesabına köçürülən məbləğlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxdıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bax: Vergi Məcəlləsinin 104.2-ci, 105.1-ci və 108-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email