Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün

posted in: Uncategorized | 0
birbank biznes

Xarici kommersiya qurumunun nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması

– notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

“Təsisçi-hüquqi şəxslər barədə məlumat”

– nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə

– nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı

– nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilməklə)

– nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961- ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

– nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

– nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961- ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

– xarici bankların və siğorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd

şirkət açmaq, şirkət yaratmaq, şirkət qurmaq, şirkət

Print Friendly, PDF & Email