Xarici nümayəndəliyin vergi öhdəliyi hansılardır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

nizamnamə kapitalıSual: Xarici şirkətin nümayəndəliyi kimi fəaliyyət göstərən zaman burdakı filialin vergi öhdəlikləri hansılardır? İşçilər xaricdəki şirkətlə müqavilə bağlayıbsa müəssisə və işçilər hansı vergiləri ödəməlidirlər?

Cavab: Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.


Ötən il göstərdiyimiz xidmətin dəyəri bu il ödənilərsə, gəlir yoxsa sadələşdirilmiş vergi ödəməliyik?

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır.

Bununla belə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən işçilərə ödənilən əmək haqqından ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci və 101.1-1-ci maddələsinə əsasən gəlir vergisi tutulur .

Bax: Vergi Məcəlləsinin 19-cu101.1-ci101.1-1-ci155.1-ci150-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email