Yanlış ödəniş üzrə ƏDV əvəzləşməsinin tətbiqi qaydası

posted in: Xəbər | 0

“A” MMC “X” MMC-yə elektron qaimə-faktura üzrə 33.983 manat əsas məbləğ və 6.116 manat ƏDV ödəməli olduğu halda, texniki səhv nəticəsində “X” MMC-nin bank hesabına 29.900 manat, ƏDV depozit hesabına isə 10.200 manat ödəyib. “X” MMC ödənişi tam qəbul edib və borcu silinib. Bu halda “A” MMC 6.116 manat ƏDV məbləğini tam əvəzləşdirə bilər, yoxsa bank hesabına ödənilmiş 29.900 manata mütənasib olaraq yalnız 5.382 manat ƏDV əvəzləşdirilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Sorğuya cavab olaraq bildirilib ki, bank hesabına ödənilən 29.900 manata mütənasib olaraq yalnız 5.382 manat ƏDV məbləği əvəzləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsi, 175.1-ci maddə

Mühasibat xidmətləri

Mənbə: vergiler.az

İctimai iaşə fəaliyyəti üzrə ƏDV güzəştləri necə tətbiq olunur?