fbpx

Yeni ildə baş mühasibə nə hədiyyə etmək olar??

Yeni ildə baş mühasibə nə hədiyyə etmək olar: hədiyyələrin top səkkizliyi

Qış – elə bir dövrdür ki, həmin fəslə xeyli bayramlar təsadüf edir. Həmin bayramların içində ən başlıcası, şübhəsiz ki, Yeni illə bağlı olanıdır. Yeni il bayramı ərəfəsində mühasibinizə nə hədiyyə edə bilərsiniz? Biz sizə həmin hədiyyələrlə bağlı nümunələri təqdim edirik.

Futlyar ilə birlikdə qələm

Qəşəng bir qələm hədiyyə etmək yerinə düşər. Axı, mühasibiniz xeyli sənədləri imzalayır və həmin imzaları qəşəng, qiymətli süni daşlar ilə bəzədilmiş və ya gümüşü korpusda olan qələmlə etmək ona çox xoş gələcək. Qiymətli “Parker” qələmi almaq vacib deyil, əsas odur ki, hədiyyə zərif və dəbli olsun.

Üstündə ad yazılmış bloknot

Bu istənilən mühasibdən ötrü lazımlı, daha dəqiq desək, zəruri bir şeydir. Əgər biz seçimi qadın üçün ediriksə, onda bloknot gözəl və incə olmalıdır.

Karaoke və ya restoran ziyarəti

Siz nə qədər yaxın dostsunuz? İşdən sonrakı vaxtlarda da ünsiyyət qurursunuzmu? Hətta mühasibinizlə xüsusi bir dostluğunuz olmasa belə, bunda qorxulu bir şey yoxdur. Yeni ilə hədiyyə olaraq onu hər hansı bir qələbəlik yerə dəvət etmək olar.

Pul daxılı

Öz həyatını maliyyə ilə bağlayan bir kəs üçün pulla bağlı bir hədiyyə yaxşı bir şey ola bilər. Məsələn, müxtəlif ölçüdə olan hər hansı bir pul daxılı belə bir hədiyyə üçün yerinə düşər. Həmin daxıla ilk məbləği də özünüz sala bilərsiniz.

Planşet

Bir qədər bahalı bir şeydir. Kollektivlə birgə bunun öhdəsindən asanlıqla gələ bilərsiniz.

Dəri əlcəklər

Dəri əlcəklər də hədiyyə kimi çox yararlı bir şeydir. Çünki ondan dərhal istifadə etmək mümkündür. Gözəl seçim edin və bu soyuq qış günləri üçün həqiqətən əvəzolunmaz bir şeydir.

Bahalı kalkulyator

Bildiyiniz kimi, kompüterdə çoxsaylı proqramların olmasına baxmayaraq, mühasiblərin əksəriyyəti hesablama zamanı bu gün də kalkulyatordan istifadə edirlər. Müxtəlif kalkulyatorlar satılır, ucuzları da var, amma, siz ən müasir və çox zərif bir hesablama maşını seçin.

Ətriyyat
Əgər mühasib qadındırsa, kosmetika dəstinə sevinəcəyi şübhə doğurmur. Hədiyyə kimi neytral bir qoxu seçin, ən yaxşısı, bununla bağlı öncədən “kəşfiyyat aparıb” müəyyən şeyləri aydınlaşdırmaqdır. Bütün hallarda istənilən qadın ətriyyat mallarına çox önəm verirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email

error: Content is protected !!