Yol verisi üzrə maliyyə sanksiyaları

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyası nə vaxt tətbiq olunur?

Maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasının qarşısını almaq üçün tətbiq edilən tədbirlərdən biridir, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin V fəslinə əsasən tənzimlənir. Bu fəslin müddəaları ayrıca olaraq hər bir vergi növü, o cümlədən, yol vergisi üzrə maliyyə sanksiyalarını deyil, onların hər biri üçün eyni qaydada tətbiq edilə bilən qaydaları şərh edir. Bir vergi növü üçün tətbiq edilən maliyyə sanksiyaları və cərimə faizləri eyni qaydada digərləri üçün də tətbiq edilə bilər.

Maliyyə sanksiyaları anlayışı haqqında daha geniş buradan oxumaq olar. Bu məqalədə yol vergisi ödəyicisinə maliyyə sanksiyalarının mümkün tətbiqindən danışacağıq.

Yol vergisi və maliyyə sanksiyaları

Respublika ərazisində istehsal olunan benzin (avtomobil üçün nəzərdə tutulan), dizel yanacağı, maye qaz istisna olmaqla yol vergisinin tutulması sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilmə yerlərində həyata keçirilir. Odur ki, belə hesablamalar zamanı yol vergisi üzrə maliyyə sanksiyalarının tətbiqi mümkünsüz görünür.

Respublika ərazisində avtomobil benzini, dizel yanacağı və maye qaz istehsal edən vergi ödəyiciləri yol vergisini özləri aylıq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, yol vergisi bəyannaməsi təqdim etməklə vergini dövlət büdcəsinə ödəyir. Bu zaman bilərəkdən yaxud bilməyərəkdən edilən vergi pozuntularına görə yol vergisi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilə bilər.


Vergi bəyannaməsini səhvsiz hazırlayır və vaxtında təqdim edirik! Müraciət edin!


Yol vergisi üzrə mümkün maliyyə sanksiyaları

Vergi Məcəlləsində maliyyə sanksiyaları və faizlər aşağıdakı maddələrdə şərh olunub:

  • 57-ci maddə –  hesabat və məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalar üzrə;
  • 58-ci maddə – vergilərin azaldılması, digər pozuntular;
  • 59-cu maddə – vaxtında ödənilməyən vergilər üzrə faizlər;
  • 60-cı maddə – bank əməliyyatı aparan şəxslərə tətbiq olunan sanksiyalar.

Sonuncu birbaşa kredit təşkilatları və maliyyə institutları ilə bağlıdır, amma ilk üç maddənin  müxtəlif bəndləri yol vergisi ödəyicisinə maliyyə sanksiyası mümkün hüquqpozmalar zamanı tətbiq edilə bilər.

57-ci maddə üzrə mümkün maliyyə sanksiyaları

Yol vergisi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi zamanı ən çox rast gəlinən hallar hesabat və məlumatların vaxtında təqdim edilməməsi ilə bağlıdır. Belə hallarda vergi ödəyicisinə müxtəlif məbləğlərdə maliyyə sanksiyası tətbiq edilə bilər, məsələn:

  • yol vergisi üzrə vergi bəyannaməsinin vaxtında təqdim edilməməsi – 40 manat;
  • sənədlərin müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməməsinə görə – 1000 manat;
  • aktivləri haqqında məlumatı heç bir əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə – 100 manat.

Təbii ki, bu, yol vergisi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi zamanı rast gəlinən tam siyahısı deyil. Nəzərə alsaq ki, digər vergilər üzrə tətbiq edilən maliyyə sanksiyalarının yol vergisi ödəyiciləri üzrə tətbiq edilməsi ehtimalı var,  buradan həmin müxtəlif hallarla tanış ola bilərsiniz.

58-ci maddə əsasında tətbiq edilən sanksiyalar

Yol vergisi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi zamanı nəzərə alınmalı digər məqam vergilərin azaldılması ilə bağlıdır:

  • verginin hesabatda faktiki məbləğdən az göstərilməsi zamanı yol vergisi üzrə maliyyə sanksiyası azaldılan məbləğin 50 faizi miqdarında tətbiq edilə bilər;
  • malların alışın yaxud mədaxili təsdiq edən ilkin uçot sənədləri olmadan həyata keçirən yol vergisi ödəyicisinə maliyyə sanksiyası il ərzində belə halların sayından asılı olaraq malların dəyərinin 10-40 faizi arasında dəyişə bilər.

Maliyyə sanksiyalarının VM-in 58-ci maddəsi üzrə tətbiqi ilə bağlı buraya keçid edib oxuya bilərsiniz.

Vaxtında ödənilməyən yol vergisi üzrə faizlər

Yuxarıda qeyd etdiyimiz kimi, avtomobil benzini, dizel yanacağı və maye qaz istehsalçıları tərəfindən yol vergisi aylıq hesablanır. Onlar hesabat ayından sonra ayın 20-dən gec olmamaqla yol vergisi bəyannaməsi təqdim etməklə vergi ödəyirlər.

Vergi Məcəlləsinin 59.1 maddəsinə görə ödənişin gecikdirildiyi hər gün üçün yol vergisini ödəməli olan şəxsdən ödənilməmiş məbləğin 0,1 %-i məbləğində faiz tutulur.

Nümunə 1: Tutaq ki, sahibkarlıq subyekti tərəfindən yol vergisi bəyannaməsi gecikdirilərək aprel ayının 23-ü təqdim edilmiş, hesablanmış 265 manat yol vergisi aprel ayının 30-u ödənmişdir.

Bu zaman yol vergisi ödəyicisinə maliyyə sanksiyası 40 manat (bəyannamənin vaxtında təqdim edilməməsi) məbləğində təqdim edilə bilər. Həmçinin martın ayının 31-indən sonrakı ötmüş 30 gün üçün 15.9 manat faiz ödənməlidir.

İstənilən halda maliyyə sanksiyaları və cərimələr əlavə maliyyə itkisidir, odur ki, əməliyyatlar zamanı diqqətli olmalı, vergi qanunvericiliyinin tələblərinə əməl etmək lazımdır.


Print Friendly, PDF & Email