Yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

posted in: Xəbər | 0
birbank biznes

Beynəlxalq daşıma, vergitutma öhdəlikləri,Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Daxildə yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergi ödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər.

Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 manatdır, regionlara görə isə bu məbləğ fərqli əmsallara vurulur.

Sadələşdirilmiş vergi ödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 faizi həcmində – 62,50 manat aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.

Vergi Məcəlləsinə əsasən, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət (gəlir) vergisi ödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmin gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət (gəlir) vergisini ödəyirlər. Bu xidməti göstərən vergi ödəyiciləri gəlirləri 200 min manatadək olduqda mənfəət (gəlir) vergisi, bundan çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email