Yumoristik aforizmlər

posted in: Məqalə, Xəbər | 0

aforizmlər

  • Pullar oksigen kimidir: az olanda boğulursan, çox olanda – başın hərlənir…
  • Optimist hesab edir ki, böhran artıq başlayıb, pessimist  isə hesab edir ki, o hələ irəlidədir.
  • Con Rokfeller 100 mlrd dollar qazanmağı və 100 yaşa kimi yaşamağı arzu edirdi. Amma, 318 milyard qazandı və 97 yaşında öldü. Heç də bütün arzular reallaşmır…
  • Çoxlu pulları olan insanlar ya polis tərəfindən qorunurlar, ya da polis tərəfindən axtarılırlar.
  • İşə gəldim, kompüteri açdım, internetə qoşula bilmədim… İşləməyə məcbur oldum.
  • Bütün pulları əlbəttə ki, qazana bilməzsən – böyük hissəsini oğurlamaq lazım gələcək.
  • Əgər, sən əmək sərf etmədən qazanc əldə edirsənsə, kimsə bir başqası qazanc əldə etmədən çalışır.
  • Qızdan yaşını və çəkisini soruşmaq etikadan kənardır; istənilən işləyən insandan maaşının qədərini soruşmaq nəzakətsizlikdir; tələbədən isə “sessiya necə keçir” soruşmaq ədəbsizlikdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.