“Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır”

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-nin qaytarılması,Azərbaycanda iqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib. (vergi güzəştləri)

Bunu “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda Bakıda keçirilən dəyirmi masa zamanı çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi yalnız fiskal, deyil, eyni zamanda tənzimləyici rol oynayır. “Tənzimləyici rol iqtisadiyyatın inkişafında daha önəmlidir. İqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib və bu istiqamətdə müəyyən işlər görülüb. Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır. Həyata keçirilən addımlar həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət edir. Ölkədə zərərli vergi güzəştləri olmamalıdır”, – deyə S. Musayeva qeyd edib.

Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesinin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində çıxış edib.

Qeyd edək ki, tədbirə Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamları iştirak edib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəştləri
Print Friendly, PDF & Email