1. Əməkhaqqıdan tutulmalar 2026-cı ildə dəyişəcəkmi?
Azərbaycanda 2026-cı ildə əməkhaqqıdan vergi tutulması qaydalarında mühüm dəyişikliklər olacaq. Belə ki, 2026-ci ilin yanvar ayının 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutlmasına edilən güzəştlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1. bəndi) qüvvədən düşür. Habelə həmin kateqoriyalı işçilərə hesablanmış əməkhaqları üzrə məcburi dövlət sosial tutulmalarının hesablanması qaydalarında da (“Sosial sığorta haqqında” AR qanunun 14-cü maddəsi) həmin tarixdən yeni redaktə gözlənilir. Bu güzəştlərin ləğvi, gözlənilən dəyişikliklər, təbii ki, işçilərin “ələ çatan” maaşına (nett əməkhaqqıya) birbaşa təsir göstərəcək.
Həm işçilər, həm mühasiblər, həm HR mütəxəssisləri, həm də işəgötürənlər üçün nəzərdə tutulan bu məqalədə gözlənilən dəyişikliklərin mahiyyəti şərh olunur.
2. Əməkhaqqıdan tutulan vergilər və ayırmalar 2025-ci ildə necə idi?
Müzdlu işdən aylıq gəlirlərdən 2025-ci ildə vergi tutulması Vergi Məcəlləsinin 101.1 maddəsi ilə tənzimlənib. Həmin maddəyə əsasən 2500 manatdək olan əməkhaqqıdan 14%, 2500 manatdan çox olan əməkhaqqıdan isə 350 manat və 2500 manatdan çox olan hissəsinin 25%-nin cəmi hesablanmaqla vergi tutulur.
Eyni zamanda Məcəllənin 101.1-1 maddəsi ilə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə 2019-cu il yanvarın 1-dən 7 il müddətinə vergi güzəştləri müəyyən olunub. Qeyd edilən müddətdə məcburi dövlət sosial sığorta haqqı hesablamalarına da müəyyən güzəştlər tətbiq edilib. 2025-ci ildə əməkhaqqıdan tutulmalar haqqında buradan daha ətraflı məlumat almaq olar. 7 illik müddət bitdiyindən bu güzəştlər 2026-cı ilin yanvar ayının 1-dən qüvvədən düşür.
3. Əməkhaqqıdan tutulmalarda 2026-cı ildə hansı dəyişikliklər gözlənilir?
Təklif edilən layihə, 7 illik vergi güzəştlərinin ləğvindən sonra, heç də bütün kateqoriyalardan olan işçilərin muzdlu işlə bağlı gəlirlərinə Vergi Məcəlləsinin 101.1-ci maddəsinin birbaşa tətbiqini nəzərdə tutmur. Layihəyə görə özəl sektorda 2026-cı ildə əməkhaqqıdan tutulacaq gəlir vergisinin dərəcəsi aşağıdakı kimi müəyyən oluna bilər:
| Aylıq gəlir | Gəlir vergisi -2026 |
| 0 – 2500 AZN | 3% |
| 2500 – 8000 AZN | 75 AZN + 2500-dən yuxarı hissənin 10%-i |
| 8000 AZN-dən yuxarı | 625 AZN + 8000-dən yuxarı hissənin 14%-i |
Həmçinin, 2027-2028-ci illərdə aylıq gəlirlərin minimum intervalı üçün (0-2500 manat) vergi dərəcəsinin artımı (5 və 7 %) nəzərdə tutulur, yəni:
- 01.2027-cı il tarixdən 01.01.2028-ci il tarixədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi;
- 01.2028-cı il tarixdən 01.01.2028-ci il tarixədək isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinin çıxılması gözlənilir.
| Vergi dərəcələri üzrə dəyişikliyin mahiyəti ✔ 2019–2025 dövründə özəl sektorda əməkhaqqıya gəlir vergisi 0% idi; ✔ 2026-dan vergitutma yenidən bərpa olunur; ✔ Əmək bazarında işçilərin xalis maaşı bir qədər azalacaq; ✔ Mühasiblər üçün əməkhaqqı hesablamalarında yeni düstur tətbiq ediləcək. |
4. DSMF, işsizlik və tibbi sığorta tutulmaları 2026-cı ildə dəyişəcəkmi?
Təklif edilən layihədə 2026-cı ildə məcburi dövlət sosial sığorta (MDSS) haqlarının hesablanması zamanı işçi və işəgötürənə münasibətdə aşağıdakı sxemlər nəzərdə tutulub:
- 200 manatadək əməkhaqqı üçün MDSS – işçi 3 %, işəgötürən 22 %;
- 200-8000 manat üçün MDSS – işçi 10 %, işəgötürən 15 %;
- 8000 manatdan çox oldurqa – işçi 10 %, işəgötürən 11 %.
Hazırdakı məlumatlara görə İTS və tibbi sığorta üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmayıb, tutulma sxemi əvvəlki kimi qalır:
- İşsizlikdən sığorta haqqı – 5% + 0,5%;
- İcbari Tibbi Siğorta 2%+2%.
Beləliklə, işçinin 2026-cı ildə əməkhaqqıdan icbari sosial tutulmaların məbləği dəyişməyəcək, dəyişən yalnız vergilərdir.
| 2026-cı il üzrə işçilərdən tutulmaların siyahısı ✔Gəlir vergisi – yeni dərəcələrlə; ✔DSMF – 200 manatadək 3%, 200 manatdan yuxarı – 6 manat + yuxarı məbləğin 10%-i; ✔İşsizlikdən sığorta – 0.5%; ✔İcbari tibbi sığorta – 2%; ✔Həmkarlar təşkilatına tutulmalar – uyğun dərəcələrlə. |
5. Xalis əməkhaqqının hesablanması – 2026: düstur və nümunə
2026-cı ildən xalis əməkhaqqını hesablamaq üçün belə bir düsturdan istifadə etmək olar:
| Nett əməkhaqqı (Xalis maaş) = Gross əməkhaqqı – (gəlir vergisi + DSMF + işsizlik + tibbi sığorta) |
Bunu nümunədə izah edək. Tutaq ki, özəl müəssisədə çalışan işçinin əməkhaqqısı (Gross) 3000 manatdır.
Gəlir vergisinin hesablanması: 75 + (3000 – 2500) × 10% = 75 + 50 = 125 manat
MDSS hesablanması: 6+(3000-200)*10%=6+280= 286 manat
| Tutulmalar | Məbləğ |
| Gəlir vergisi | 125 manat |
| MDSS | 286 manat |
| İşsizlik (0.5%) | 15 manat |
| Tibbi sığorta (2%) | 60 manat |
| Xalis maaş | 2514 manat |
6. İşəgötürənlərin məsuliyyəti və yükü dəyişəcəkmi?
Məqalə işçilərin əməkhaqlarından tutulmalar üzrə 2026-cı ildə baş verəcək dəyişiklliklərin şərhinə yönəlsə də, qısa bir qeyd edək:
- İşəgötürən üçün 2026-cı ildə ümumi yük dəyişmir;
- Lakin əməkhaqqı hesablanması prosesinin yenidən qurulması lazımdır;
- 2026-cı ildən bütün Vahid Bəyannamələrdə yeni dərəcələr tətbiq olunacaq;
- HR və mühasibatlıq şöbələri sistemlərini yeniləməlidir.
7. Dəyişikliklər işçilərin xalis maaşına (nett əməkhaqqıya) necə təsir edəcək?
2026-cı ildə işçilərin real xalis əməkhaqlarında kiçik azalma baş verə bilər:
- 1000 manat maaş alan işçinin xalis maaşı təxminən 30 manat azalır;
- 1500 manat maaş alan işçinin xalis maaşı 45 manat azalır;
- 2500 manat maaşda azalma 75 manat civarındadır;
- Yuxarı maaşlarda isə dəyişiklik daha çox hiss edilir.
Azalmanın əsas səbəbi 2026-cı ildə əməkhaqqıya yenidən gəlir vergisinin tətbiq olunmasıdır. MDSS, İS və İTS dəyişmədiyi üçün dəyişiklik yalnız gəlir vergisindən qaynaqlanır.
Aşağıdakı keçidlərdən Exceldə hazırlanmış əməkhaqqı cədvəllərini yükləmək olar:
“2026-cı il üçün neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli”
Cəmil Əsədov, Accounting.Az saytının redaktoru

