544 saylı “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Müəssisələrin maliyyə dayanıqlığı təkcə onların kommersiya fəaliyyətindən əldə etdikləri gəlirlər hesabına təmin olunmur. Bir çox hallarda onların inkişafı üçün əlavə maliyyə mənbələri tələb olunur. Belə vəsaitlər qrant, subsidiyalar formasında dövlət büdcəsindən, qeyri-hökumət təşkilatlarından və ya digər qurumlardan da daxil ola bilər. 544 saylı “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabı belə vəsaitlərin müəyyən kateqoriyasının uçotu kimi istifadə edilir.

Müəssisənin qısamüddətli borcları

Qısamüddətli borclar müəssisənin bir il ərzində və ya əməliyyat dövründə ödəməli olduğu öhdəliklərdir. Bu öhdəliklər mühasibat balansında passivin tərkib hissəsi kimi əks olunur və maliyyə intizamının qorunmasında mühüm rol oynayır.

Qısamüddətli öhdəliklərə aşağıdakılar aid edilir:

  • kreditor borclar (malgöndərənlər və podratçılar qarşısında);
  • qısamüddətli maliyyə borcları (faiz xərcləri yaradan öhdəliklər);
  • vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  • qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
  • sair qısamüddətli öhdəliklər.

Bu borcların düzgün uçotu müəssisənin likvidlik göstəricilərinin qiymətləndirilməsinə, ödəniş qabiliyyətinin təhlilinə və maliyyə sabitliyinin təmin edilməsinə imkan verir.

Mühasibat xidmətləri

544 saylı “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabı “Sair qısamüddətli öhdəliklər” kateqoriyasına aid edilir.

Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmaların uçotu 444 saylı hesabda uçota alınır.

Məqsədli maliyyələşmələr və daxilolmalar

Məqsədli maliyyələşmə anlayışı müəssisəyə müəyyən məqsədlər üçün donor qurumlar tərəfindən aldığı vəsaitləri ifadə edir. Bu vəsaitlərin əsas xüsusiyyəti onların sərbəst istifadə edilməməsi, yalnız ayrıldığı istiqamətlərdə xərclənməsidir.

“Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 saylı MUBS-a (IAS 20) görə müəssisənin əldə etdiyi məqsədli maliyyələşmələr və daxilolmalar müvafiq öhdəliklər kimi tanınır və məqsəd üzrə istifadə olunana qədər gəlirə çevrilmir.

Məqsədli maliyyələşmələrə misal olaraq aşağıdakıları göstərmək olar:

  • dövlət büdcəsindən müəssisələrə ayrılan dotasiya və subsidiyalar;
  • beynəlxalq təşkilatların qrantları;
  • qeyri-hökumət fondlarının maliyyə dəstəyi;
  • digər müəssisələrdən daxil olmuş məqsədli vəsaitlər və sair.

Belə vəsaitlər kommersiya təşkilatlarında istehsalın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və sosial layihələrin icrası üçün istifadə oluna bilər. Qeyri-kommersiya təşkilatlarında isə məqsədli maliyyələşmələr daha çox sosial proqramların reallaşdırılmasına yönəldilir.

Maliyyə hesabatlarında bu vəsaitlərin düzgün əks etdirilməsi şəffaflığın təmin olunması, donor və dövlət qurumları qarşısında hesabatlılığın artırılması baxımından zəruridir.

“Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabı

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”- na görə “544 saylı “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabında mühasibat uçotu subyektinin cari dövrdə məqsədli tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər müəssisələrdən daxil olmuş vəsaitlər, habelə dövlət orqanlarının maddi yardımları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.” (bənd 44.23).

Hesab vasitəsi ilə məqsədli maliyyələşmələr və daxilolmaların hərəkəti – yəni daxil olması, istifadəsi və qalığı izlənilir.

Hesabın mahiyyəti aşağıdakı kimi ifadə etmək olar:

  • hesab passiv hesabdır.
  • məqsədli maliyyələşmə daxil olduqda 544 saylı hesab kreditləşdirilir.
  • ayrılmış vəsait xərcləndikcə və ya istifadə olunduqca müvafiq yazılışlarla azaldılır.

544 saylı hesab üzrə məlumatlar maliyyə hesabatlarında müəssisənin qısamüddətli öhdəliklərinin bir hissəsi kimi əks olunur. Bu, həm müəssisənin maliyyə dayanıqlığını, həm də donorlara və dövlət qurumlarına hesabatlılığını göstərir.

444 saylı hesab üzrə tənzimləmələr

444 saylı hesab aşağıdakı hesablarla birgə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 44-cü “Sair uzunmüddətli öhdəliklər” maddəsinə aiddir:

545 saylı “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabı üzrə tənzimləmələr Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 44.23 – 44.33-cü bəndlərinin tələblərinə uyğun aparılır.

Əsas əməliyyatlar

Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar üzrə uçot aparılarkən, müvafiq məbləğlər 544 saylı hesabın kreditində əks olunur (qaydaların 54.23-cü bəndi), məsələn:

  • Müəssisə avadanlıq almaq üçün dövlət büdcəsindən 50000 manat alır:

Debet 223 “Bank hesablaşma hesabları” – 50000

Kredit 544 “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” – 50000

  • Büdcə vəsaitinin məqsədli xərclərə yönəldilməsi (avadanlığın alınması):

Debet 111 ““Torpaq, tikili və avadanlıqların dəyəri” – 50000

Kredit 223 “Pul vəsaitləri” – 50000

Eyni zamanda, ayrılmış vəsaitin istifadəsi göstərilir:

Debet 544 – 50000

Kredit 611 “Sair əməliyyat gəlirləri”- 50000

  • İstifadə olunmamış məbləğin geri qaytarılması
    Əgər maliyyələşmədən 5.000 manat istifadə olunmayıbsa və geri qaytarılırsa:

Debet 544 – 5.000

Kredit 223 – 5.000

Müxabirləşmə nümunələri

Nümunə: Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən “ABC” MMC yeni layihənin inkişafı üçün dövlət tərəfindən 100000 manat subsidiya alıb. Layihənin icrası 2 ildir. Bu müddət ərzində daxil olmuş subsidiya layihənin icra planına uyğun xərclənəcək.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Donor təşkilat tərəfindən ödənilən subsidiya uçota alınır 223: “Bank hesablaşma hesabları” 444: “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” 100000
Subsidiyanın istifadəsi 444: “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” 223: “Bank hesablaşma hesabları” 60000
Subsidiyanın istifadəsi 444: “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” 531: “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” 40000

544 saylı “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabı mühasibat uçotunun mühüm elementlərindən biridir. Bu hesab vasitəsilə müəssisəyə ayrılan maliyyələşmələrin məqsədli istifadəsi təmin edilir, vəsaitlərin hərəkəti dəqiq izlənilir və maliyyə hesabatlarında şəffaflıq qorunur.