701-ci “Satışın maya dəyəri üzrə xərclər” hesabı
Satışın maya dəyəri üzrə xərclər Hesablar Planının 70-ci maddəsinin 701-ci “Satışın maya dəyəri üzrə xərclər” adlı hesabda uçota alınır.
İş və yaxud xidmətlərin satışından gəlirlərin əldə edilməsi üçün onlara sərf olunmuş xərclər, məhsulun istehsalı üçün çəkilən xərclər yaxud da xidmətin göstərilməsinə görə çəkilən bütün xərclər 701-ci “Satışın maya dəyəri üzrə xərclər” adlı hesabda uçota alınır. Bu hesab mühasibat uçotunun hesablar planının 7-ci “Xərclər” bölməsinin 70-ci maddəsinə aiddir.
Satışın maya dəyəri üzrə xərclər hesabı üçün subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
701 №-li “Satışın maya dəyəri üzrə xərclər” hesabı xərc hesabdır, ona açılan subhesablar aşağıdakılardır (Qaydaların 52.2-ci bəndi):
701-ci hesab üzrə tənzimləmələr
İşlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər barədə müvafiq mühasibat yazılışı yuxarıda qeyd edilən qaydaların 52.3-cü bəndi əsasında nizamlanır.
Həyata keçirilən tikinti müqavilələri ilə əlaqədar çəkilmiş xərclərin dəyərilə bağlı uyğun mühasibat yazılışı nəzərdə tutulan qaydalardakı 52.5-ci bəndə əsaslanılaraq verilir.
Satılmış mallarla (hazır məhsulla) əlaqədar çəkilmiş xərclərin dəyəri barədə müvafiq mühasibat yazılışı bəhs olunan qaydaların 52.7-ci bəndinə uyğun aparılır.
701-1, 701-2, 701-3 №li subhesablarda əks etdiilməyən əsas əməliyyat gəlirləri üzrə xərclərin dəyərilə bağlı uyğun mühasibat yazılışı həmin qaydalardakı 52.9-cu bəndə əsaslanılaraq tənzimlənir.
Mallar (iş, xidmət) təqdim edildikdə satışın maya dəyəri ilə bağlı nümunə
“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 120000 manatlıq malları 145000 manata satmışdır. Müəssisənin əlavə fəaliyyəti isə mühasibatlıq sahəsində məsləhət xidməti göstərməkdir. Bu xidmətin göstərilməsi nəticəsində 9000 manat gəlir əldə edilib.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 120000,00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 145000,00 |
| 3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 26100,00 |
| 4 | Xidmətin göstərilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 9000,00 |
| 5 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 1620,00 |
| 6 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 145000,00 |
| 7 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 26100,00 |
| 8 | Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 9000,00 |
| 9 | Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1620,00 |
| 10 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 27720,00 |
| 11 | Maya dəyəri xərci ümumi mənfəətə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 701 – Satışın maya dəyəri üzrə xərclər | 120000,00 |
| 12 | Əldə edilən gəlirlər ümumi mənfəətə aid edildikdə | 601 – Satış | 801 – Ümumi mənfəət (zərər) | 154000,00 |
Material ehtiyatları satıldığı zaman satışın maya dəyəri
Müəssisə mətbəx mebellərinin istehsalı fəaliyyəti ilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən daşınmanı onları alan şəxs etməlidir. 26000 manatlıq xammalın daşınması zamanı 700 manat xərc çəkilib. İstehsal prosesi başa çatdıqdan sonra məlum oldu ki, xammalın 15%-lik hissəsi mebellərin hazırlanmasında istifadə edilməyib. Həmin materiallar “D” MMC-ə satılmışdır.
Xammalın alışının uçotu yuxarıdakı nümunəyə uyğun həyata keçirilir. 201-ci hesabda cəmlənmiş 26700 manatlıq xammalın 4005 manatlıq hissəsinin satışının uçotu aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 201 – Material ehtiyatları | 4005,00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 5000,00 |
| 3 | ƏDV nəzərə alındıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 900,00 |
Digər ehtiyatlar satıldıqda satışın maya dəyəri üzrə müxabirləşmə nümunələri
İstehsalat binasında işləyən işçilərə alınan 70 ədəd iş formasının 50-si onların istifadəsinə verilmişdir. Qalan 20 ədəd formanın satılması nəzərdə tutulmuşdur.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Digər ehtiyatlar alındıqda | 207 – Digər ehtiyatlar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 2100.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 378.00 |
| 3 | İşçilərin istifadəsinə verilən formalar istehsalat məsrəflərinə aid edildikdə | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 207 – Digər ehtiyatlar | 1500.00 |
| 4 | Digər ehtiyatlar satış məqsədi ilə saxlanılan aktivlərə aid edildikdə | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 207 – Digər ehtiyatlar | 600.00 |
Sözügedən 20 ədəd forma satıldığı zaman uçota alınması aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satış üçün ayrılmış avadanlıq silindikdə | 701 – Satışın maya dəyəri üzrə xərclər | 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər | 600.00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 700.00 |
| 3 | ƏDV nəzərə alındıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 126.00 |
Satılan mallar geri qaytarıldıqda satışın maya dəyəri üzrə mühasibat yazılışlarına nümunə
“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-ün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 9800.00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 12800.00 |
| 3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 2304.00 |
Qaytarılan malların uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə | 205 – Mallar | 701 – Satışın maya dəyəri üzrə xərclər | 2940.00 |
| 2 | Qaytarılan mallar üzrə debitor borclar silindikdə | 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 3840.00 |
| 3 | ƏDV nəzərə alındıqda | 545 – Digər qısamüddətli öhdəliklər | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 691.20 |
Tikinti müqavilələrindən gəlir əldə olunduqda satışın maya dəyəri üzrə nümunələr
“A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 1 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiymət 290000 manat razılaşdırılaraq müqavilə bağlanmışdır.
Binanın smeta dəyəri (manatla):
Materiallar – 130000;
Həmin sahədə çalışan işçilərin əməkhaqqısı – 55000;
Əməkhaqqıdan edilən tutulmalar – 10065;
Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10000;
Qalan xərclər – 44935;
Cəmi: 250000.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Material ehtiyatları alındıqda | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 130000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 23400.00 |
| 3 | Alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 201 – Material ehtiyatları | 130000.00 |
| 4 | Əməkhaqqı hesablandıqda | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 55000.00 |
| 5 | İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 9790.00 |
| 6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 60.00 |
| 7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (2%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 215.00 |
| 8 | Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 10000.00 |
| 9 | Digər xərclər tikinti məsrəflərinə aid edildikdə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 44935.00 |
| 10 | Satılan binanın maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 250000.00 |
| 11 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları | 601 – Satış | 290000.00 |
| 12 | ƏDV nəzərə alındıqda | 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 52200.00 |


