721-ci “İnzibati xərclər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Xərc hesabları

İnzibati xərclər Hesablar Planının 72-ci maddəsinin 721-ci “İnzibati xərclər” adlı hesabında uçota alınır.

Xərc hesabları 7-ci bölmənin 70-76-cı maddələri (mənfəət vergisi üzrə xərclər istisna olmaqla) üzrə açılır. Gəlir-xərc hesabları köməkçi hesablar sayılır. Köməkçi hesablar ilin sonunda bağlanan, növbəti ilə keçməyən hesablardır.

Xərclərin uçotu aparılan hesablar aktiv hesablar kimi debetdə artır, kreditdə azalır. Hesabat dövrü ərzində biz xərclər hesablarının yalnız kredit tərəfi üzrə işləyirik. Çünki normalda xərc azala bilməz, o istifadənin nəticəsidir. İstifadə etdiyimiz şeyi necə geri qaytara bilərik?! Bütün hesabat boyu biz onun debet tərəfi üzrə işləyərək çəkilmiş xərci əks etdiririk. Hesabat ilinin sonunda isə xərc hesablarına, o cümlədən 721-ci  “İnzibati xərclər” hesabına kredit yazılışı verməklə bağlayır, sıfırlayırıq. Xərc kapitalın axınıdır, itirilməsidir. Çünki faktiki olaraq aktivlər təsisçilərə yox, kənara gedir və geri qayıtmır.

721-ci  “İnzibati xərclər” hesabı üzrə tənzimləmələr

Hesab üzrə tənzimləmələr zamanı mühasibat uçotu üzrə aşağıdakı beynəlxalq standartların tələbləri nəzərə alınır:

Mühasibat xidmətləri
  • 1 №-li “Maliyyə hesabatlarının təqdimatı” MUBS (IAS 1) ;
  • 32 №-li Maliyyə alətləri: Təqdimat MUBS (IAS 32) ;
  • 34 saylı “Aralıq maliyyə hesabatlılığı” MUBS (IAS 34) ; 
  • 7 saylı “Maliyyə alətləri: Məlumatın açıqlanması” MUBS (IFRS 7);
  • 9 saylı “Maliyyə alətləri” MHBS (IFRS 9) .

Xərc hesablarına subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Xərc hesabı  olan 721 nömrəli “İnzibati xərclər” hesabına bu qaydaların 54.2 bəndinə uyğun olaraq aşağıdakı subhesablar açılır:

72-ci maddənin 721 saylı “İnzibati xərclər” hesabına qaydalara əsasən 5 subhesab açıla bilər.

Qaydaların 54.1. bəndinə əsasən 721 nömrəli “İnzibati xərclər” hesabında “mühasibat uçotu subyektinin inzibati məqsədlər üçün istifadə olunmuş xammal, materiallar, inzibati işçi heyəti üzrə xərclər, inzibati işçi heyətinə görə hesabalanılan sosial sığorta ayırmaları, inzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri, inzibati məqsədlərlə bağlı digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.”

Bu hesab üzrə açılan subhesablar üzrə müxabirləşmələr  qeyd edilən qaydaların 54.3-54.12 bəndləri əsasında tənzimlənir.

Yanacaq xərcləri material ehtiyatları kimi uçota alındıqda müxbirləşmələr

Şirkət balansında olan nəqliyyat vasitələri üçün yanacaq alır. Alınan 700 manat yanacaq işləndikdə xərcə silinərək uçota alınır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yanacağa görə avans məbləği bank hesablaşma hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 700.00
2 Yanacağa görə avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 126.00

Yanacaq ehtiyatları sərf edildikdcə 721-ci hesaba silinməsi aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Birinci ay üzrə istifadə olunan yanacağa görə E-qaimə alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 36.00
3 Verilmiş avans nəzərə alındıqda (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 200.00
4 Verilmiş avans nəzərə alındıqda (ƏDV məbləği) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 36.00
5 Birinci ay üzrə istifadə olunan yanacaq xərcə silindikdə 721 – İnzibati xərclər 201 – Material ehtiyatları 200.00

Qeyd: Yanacağın istifadəsilə bağlı növbəti aylarda baş verəcək proseslər də eyni qaydada uçota alınır.

Əməkhaqqı, sosial sığorta ayırmaları üzrə xərclərin uçotu

“A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir (manatla):

1-ci işçi – 2500;

2-ci işçi – 2200;

3-cü işçi – 2000;

4-cü işçi – 1500;

5-ci işçi –  900.

Cəmi hesablanan əməkhaqqı 9100 manatdır.

İşçilər tərəfindən ödənilən sığorta haqlarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 721 – İnzibati xərclər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9100.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 840.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 45.50
4 İşçi hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 182.00

İşəgötürən tərəfindən ödənilən sığorta haqları 721-ci hesabda öz əksini tapır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) 721 – İnzibati xərclər 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1435.00
2 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 721 – İnzibati xərclər 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 45.50
3 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 721 – İnzibati xərclər 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 182.00

Ezamiyyə xərcləri ilə bağlı müxabirləşmə nümunələri

“A” MMC öz işçisini xidməti tapşırığı yerinə yetirməkdən ötrü ezamiyyətə göndərməyi qərara almışdır. Hesablanmış 450 manat işçinin kart hesabına köçürülmüşdür. İşçi ezamiyyətdən qayıtdıqdan sonra hesabatı təqdim etmişdir.

Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatların uçotu aparılır:

Ezamiyyə xərci – 450 AZN

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 450.00
2 Ezamiyyə xərci uçota alındıqda 721 – İnzibati xərclər 244 – Təhtəlhesab məbləğlər 450.00

Torpaq, tikili, avadanlıqların amortizasiya xərci üzrə mühasibat yazılışları

“A” MMC “B” MMC-dən dəyəri 1900 AZN olan 3 ədəd kompüter almışdır. Həmin kompüterlər istismara verilmiş, amortizasiya hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 5700.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1026.00
3 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 5700.00
4 Avadanlıqlara amortizasiya hesablandıqda 721 – İnzibati xərclər 112 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 1140.00
5 İlin sonunda amortizasiya xərci ümumi mənfəətdən çıxıldıqda 801 – Ümumi mənfəət (zərər) 721 – İnzibati xərclər 1140,00

Əməliyyat icarəsinə görə xərclər

“A” MMC satış fəaliyyətini davam etdirmək məqsədilə “B” MMC-dən aylıq icarə məbləği 1200 manat olmaqla obyekt icarəyə götürmüşdür. Tərəflərin hər ikisi ƏDV ödəyicisidir. Beləliklə, qeyd olunan məbləğlə yanaşı, ƏDV də ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə üzrə kreditor borcları hesablandıqda və intibati xərclərə aid edildikdə 721 – İnzibati xərclər 535-2 – Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları 1200.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 535-2 – Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları 216.00
3 İcarə üzrə kreditor borcları hesaödənildikdə 535-2 – Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 1200.00
4 ƏDV ödənildikdə 535-2 – Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 216.00

701-ci “Satışın maya dəyəri üzrə xərclər” hesabı üzrə uçot