Almaniya vergi tarixi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi tarixiAlmaniya vergi tarixi barədə bilmədiklərimiz

III hissə  (2-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Qəribə də görünsə, ötən əsrin əvvəllərində Almaniyada sirkə turşusu da vergiyə cəlb edilmişdi. Bunu zəruri edən həmin məqsədlər üçün şərabdan istifadə olunmasının qarşısının alınması idi. Bu vergi növündən daxil olan pul vəsaitləri onun yığılması üçün xərclənən məsrəfləri güc-bəla ilə təmin edə bilirdi, amma tənzimləyici iqtisadi məqsəd əldə olundu və vəzifə həll edildi. Yeri gəlmişkən, həmin vergi tarixi bir xatirə kimi bu gün də qorunub saxlanılır və Almaniya büdcəsinə vur-tut bir neçə milyon avro gəlir gətirir.

Almaniya federal Qanunu vergi orqanlarına vergilər haqqında səhih və ya tam olmayan məlumatın verilməsi, vergiyə dair məlumat verməkdən imtina edilməsi və vergi güzəştlərinin alınması üçün əsassız məlumatların verilməsi üstündə cinayət məsuliyyətini nəzərdə tutur.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Almaniyanın vergi sistemindən yan ötməkdən vaz keçin! – ölkədə “vergilərlə” bağlı qanun layihələri, “vergi vahələrinin qurudulması” məqsədilə bu deviz altında müzakirə olunur. Vergi vahələri olaraq, iri həcmdə Avropa kapitallarını gizlədən Monako, Lixtenşteyn, İsveçrə və Lüksemburq nəzərdə tutulur. Bu gün ofşorlar hər il alman iqtisadiyyatından 200 milyard avroya qədər pul qoparır.

Kilsə vergisi – bu alman dini icmalarının əsas gəlir mənbəyidir. Və baxmayaraq ki, o, rəsmi vergi deyil, həmin vergini Almaniyadakı başlıca konfessiyaların üzvləri ödəyirlər. Uşaqlar, pensiyaçılar və aztəminatlılar kilsə vergisi ödəməkdən azad edilirlər.

Almanlar xüsusilə hansı vergilərdən daha çox narazıdırlar – “avtomobil” vergilərindən. Yanacaq və nəqliyyat vergiləri Almaniyada küçələrin saxlanılmasına məsrəf edilən xərclərdən iki dəfə və avtomagistralların inkişafı ilə əlaqəli xərclərdən dörd dəfə yüksəkdir.

Ştoyfa (Steufa) – alman vergi polisi qısaldılmış adı belədir. Almaniyada vergi polisi 1922-ci ildə maliyyə nazirliyi yanında yaradılıb. Bu gün hər bir federal torpağın öz vergi polisi var.

Mühacirlərlə müqayisədə köklü almanların vergi ödənişləri səxavətliliyi ilə fərqlənir. Gəlirlər və mülkiyyət cəhətdən fərqliliklərə müvafiq olaraq almanlar orta hesabla mühacirlərdən iki dəfə çox gəlir vergisi və dörd dəfə çox daşınmaz əmlakla bağlı vergi ödəyirlər.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Vergi siyasətinin həyata keçirilməsində vergi sisteminin möhkəmliyi və gücü, eyni zamanda yumşaqlıq və liberalizm – kiçik və orta sahibkarlıqla bağlı alman vergi sistemini fərqləndirən, bax, budur. Və bütün mümkün vergi güzəştləri və geri ödənişlər bunu təsdiq edir.

Alman maliyyə naziri Erzberq, 20-ci əsrin əvvəlində, ölkənin ən böyük vergi islahatının əsasını təşkil edən İmperatorluğun vergi qaydalarını işləyib hazırladı. Almaniya federal torpaqlarının vergi müstəqilliyi bax, bu cür sona çatdı.

Alman cəmiyyətinin siniflərə bölünməsi vergi kəsimində də aşkar görünür: statistikaya görə, ümumi gəlir vergisinin yarıdan çoxunu təmin olunmuş (varlılar) – 10 faiz əhali ödəyir, illik 7834 avro gəliri olan insanlar isə ümumiyyətlə vergi ödəmirlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *