Assosiasiya sədri: Azərbaycanda torpağa görə, həm mədən vergisi, həm icarə haqqı, həm də ayrıca torpaq vergisi alınır

posted in: Vergi, Xəbər | 0

İstehsalçı şirkətlər xaricdən alınan xammala görə rüsum ödəməməlidir. Onları rüsumdan azad etmək lazımdır ki, malın maya dəyəri aşağı olsun və xaricə xammala gedən valyutalar ixracat hesabına bərpa olunsun.

Bunu jurnalistlərə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun nəqliyyat xərclərinin azaldılması üçün də müəyyən təklifləri olacaq: “Nəqliyyat xərcləri ən mühüm məsələlərdən biridir. Bu gün həm ölkə daxilində, həm də ölkə xaricində tikinti materiallarını ixrac edəndə maya dəyərində nəqliyyat xərci 30% təşkil edir. Dünyanın heç bir ölkəsində belə bir fakt yoxdur. Ən çoxu 5% olmalıdır”.

Assosiasiya sədri torpaq vergisi ilə bağlı da problemlərin olduğunu açıqlayıb: “Qanunda deyilir ki, yerin təkindən istifadəyə görə, mədən vergisi ödənilir və onunla da yekunlaşmalıdır. Amma digər ölkələrdən fərqli olaraq bizdə, torpağa görə həm icarə pulu alırlar, həm də torpaq vergisi. Sual yaranır ki, biz torpaqdan istifadə etmiriksə, niyə torpaq vergisi ödəməliyik? Bəs mədən vergisini niyə ödəyirik? Bir şey ki, yerin təki ilə bağlıdır, orda torpaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, gələcəkdə lisenziyalar birbaşa istifadəyə verilməlidir. Orda hər hansı bir torpaq icarəsi yaxud torpaq vergisindən söhbət getməməlidir. Bu, həm Avropada, həm Türkiyədə, həm İranda, həm də Rusiyada belədir. Amma bizdə bu boşluq var”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *