Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemiMaraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Avstraliyanın vergi sistemindən söz açacağıq.

Avstraliyada hüququ şəxslərlə bağlı maliyyə hesabatı maliyyə hesabatlılığının beynəlxalq standartına (AİFRS) uyğun Avstraliya ekvivalenti hesab olunur.

Vergi rezidenti prinsipləri: Avstraliya özünün vergi rezidenti kimi hüquqi şəxs olaraq o şəxsləri tanıyır ki, onun nəzarəti və idarəetməsi Avstraliya ərazisində baş verir və ya sözügedən hüquqi şəxs Avstraliyada qeydiyyatdan keçib.

Həmçinin bax: İtaliyada absurd vergilər.

Vergi prinsipi: Avstraliyada rezidentlərin bütün gəlirləri, dünyanın hansı ölkəsində əldə olunmasından asılı olmayaraq, vergi ödənilməsinə cəlb olunur. Qeyri-rezidentlərin isə yalnız Avstraliya ərazisində göstərdiyi fəaliyyət zamanı əldə etdikləri gəlirlər vergiyə cəlb olunur.

Vergiyə cəlb olunan gəlirlər: İstənilən sahibkarlıq fəaliyyəti nəticəsində şirkətlərin əldə etdiyi gəlirlər, eləcə də dividendlər, faizlər və lisenziyalı ödənişlər, royaltilər  vergiyə cəlb olunur. Vergilərə cəlb olunmayan əhəmiyyətli xərclər siyahısına şirkətlərin maliyyə hesabatı ilində öz təsərrüfat fəaliyyətlərinə sərf etdikləri vəsaitlər daxil edilmir.

Dividendlərdən vergilər: Avstraliya şirkətləri tərəfindən ayrılmış dividendlərin məbləğinə dəyərsizləşmiş kreditin tətbiqi nəticəsində yaranan səhmdarların gəlirləri daxil edilmir.

Kapital artımına görə vergi: Kapital artımına görə vergi Avstraliyada korporativ gəlirlər vergisi ödənişləri üçün nəzərdə tutulan həcmdə və qaydada ödənilir. Əcnəbi sərmayəçilər bilavasitə Avstraliya ərazisində olan kapital artımı ilə əlaqəli aktivlərə görə vergi ödəyirlər.

Zərərlər üzrə vergiyə cəlbolunma: Avstraliya hüquqi şəxslərinin fəaliyyəti nəticəsində yaranan zərərlər müddətinə görə qeyri-məhdud zaman ərzində növbəti hesabata qədər qorunub saxlanıla bilər, yalnız bir şərtlə ki, daimi səhmdarların sayı 50%-dən az olmasın.

Korporativ vergi stavkası: Avstraliyada gəlir vergisi ilə bağlı korporativ stavka 30% səviyyəsində müəyyən edilib.

Fiksasiya olunmuş ən aşağı vergi stavkası: Avstraliyada belə bir vergi stavkası mövcud deyil.

Faiz gəlirləri: Bu ölkədə qeyri-rezident sayılan hüquqi şəxslərin faiz şəklində əldə etdikləri gəlirlərdən əgər, dövlətlərarası digər müvafiq razılaşmalar nəzərdə tutulmayıbsa, əksər hallarda 10% stavkası ilə vergi tutulur.

Lisenziyalı ödənişlər, qonorarlar və royaltilər: Əgər, dövlətlərarası digər müvafiq razılışma şərtləri nəzərdə tutulmayıbsa, qeyri-rezident sayılan hüquqi şəxslərdən kapital mənbələrinə görə vergi kimi Avstraliya ərazisində royalti 30% səviyyəsində müəyyən edilib.

Dividendlər: Əgər şirkətlər öncədən öz öhdəliklərinə uyğun vergiləri tam ödəmişlərsə, onda qeyri-rezident səhmdarların dividendləri 0% stavkası ilə vergiyə cəlb olunur, yox, əgər şirkət bunu öncədən etməyibsə, onda vergi stavkası qeyri-rezident səhmdarlar üçün stavka 30% təşkil edəcək.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email