Biznes psixologiyasının təşəkkülü və inkişaf tarixi (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Biznes psixologiyasının təşəkkülü və inkişaf tarixi (II hissə)

I hissəyə nəzər yetirin

P. Rayno ümumiqtisadi məsələlərə və sahibkarlığın problemlərinə, ölkənin iqtisadi artımında sonuncunun roluna toxunurdu. Pol Albu iqtisadi psixologiya strukturuna təşkilati və sənaye psixologiyası problemlərini daxil etmişdi. O, hesab edirdi ki, iqtisadi davranış, həm istehlakı, həm də işi və istehsalı əhatə edir ki, bu da iqtisadi-psixoloji reallığın müxtəlifliyindən xəbər verir.

V. M. Sokolinski qeyd edir ki, XX əsrin 60-70-ci illərində alman alimləri B. Ştrumpel və Q. Şmeldersin pul və maliyyə psixologiyasına həsr olunmuş əsərləri meydana çıxmışdı.

Biznes psixologiyasının inkişafında üçüncü mərhələ XX əsrin 80-ci illəri ilə bağlıdır. 1982-ci ildə iqtisadi psixologiya sahəsində bir çox mütəxəssislərin səylərini və fəaliyyətini əlaqələndirən Beynəlxalq Tədqiqatlar Assosiasiyası yaradılmışdır. Avropa və Amerika ölkələrində biznesin müasir psixologiyasının inkişaf istiqamətlərinin və təhsil proqramlarının təhlili göstərdi ki, dünya mərkəzlərində biznes psixologiyasının problemlərinin tədqiqi və öyrənilməsi iki əsas istiqamət üzrə aparılır. Bir tərəfdən fəaliyyətin mikroiqtisadi səviyyəsində istehlakçı davranışına dair geniş spektrli suallar – fərd, ev təsərrüfatı, firma – qeyd edilir. Bu istiqamət üçün başlıca olara mikroiqtisadi nəzəriyyə konsepsiyası çıxış edir.

Digər tərəfdən, tədqiqatçıların diqqət mərkəzində iqtisadi fəaliyyətin psixoloji aspektinin makrosəviyyəsi dayanır. Bu istiqamətdə məcmu iqtisadi hadisələr – pul, vergi, inflyasiya, işsizlik, yoxsulluq, sərvət kimi hallar araşdırılır. Nəzəri bazis makroiqtisadiyyat, institusional nəzəriyyə və s. bilik sistemlərində yerləşir.


Print Friendly, PDF & Email