Biznes psixologiyasının təşəkkülü və inkişaf tarixi (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Biznes psixologiyasının inkişafının birinci mərhələsi XVIII əsrdən XX əsrin 30-cu illərinə qədərki dövrü əhatə edir. İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir və üçüncü mərhələ XX əsrin 80-ci illərinin əvvəli və müasir dövrü əhatə edir.

Birinci mərhələnin inkişafı iqtisadiyyatda psixoloji amilin əhəmiyyətini ifadə edən A. Smit, A. Marşall, C. Keynes, M. Veber və başqalarının əsərlərindən ibarətdir. Otto Lipmann 1923-cü ildə nəşr etdirdiyi kitabında işçinin psixologiyası ilə alıcının psixologiyasını, reklam psixologiyası ilə satış psixologiyasını fərqləndirirdi və bu sahələri ümumi və differensial psixologiya (fərdi fərqlilik psixologiyası) ilə əlaqələndirirdi. Almaniyada Hüqo Müynsterberqin əmək psixologiyası və təşkilati psixologiya sahəsində tədqiqatları ortaya çıxmışdı. O, mikroiqtisadi problemlər, əməyin monotonluğu, təşkili, reklamın qavranılması psixologiyasını öyrənmişdi.

İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir. Araşdırmalar ABŞ və Fransada alimlər G. Katon, P. Reyno, P. Albu tərəfindən aparılırdı. Belə ki, məsələn, G. Katon istehlakçıların iqtisadi stimullara reaksiyalarının ölçülməsini dörd ayda bir dəfə həyata keçirmişdi. O, iqtisadi davranışı impulsiv və adi davranışa ayırmışdı və gözləntilərdən asılı olan “həqiqi”, faktiki qərar anlayışını tətbiq etmişdi. Gözləmə hissi bu və ya digər modallığa və istehlak, investisiya sahəsində növbəti qərarların dərəcəsinə necə təsir göstərir? Amerikalı tədqiqatçı rolu kütlələrin və insan qruplarının psixoloji vəziyyətini xarakterizə etmək və iqtisadiyyatda hərəkətləri qabaqcadan görmək, konyukturanı dəyişdirmək qabiliyyətində ifadə olunan xüsusilə “istehlakçı hissləri indeksi” ilə yeni göstəricilər tətbiq etmişdi.

II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email