birbank biznes

Biznes psixologiyasının təşəkkülü, Biznes psixologiyası,Biznes psixologiyasının inkişafının birinci mərhələsi XVIII əsrdən XX əsrin 30-cu illərinə qədərki dövrü əhatə edir. İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir və üçüncü mərhələ XX əsrin 80-ci illərinin əvvəli və müasir dövrü əhatə edir.

Birinci mərhələnin inkişafı iqtisadiyyatda psixoloji amilin əhəmiyyətini ifadə edən A. Smit, A. Marşall, C. Keynes, M. Veber və başqalarının əsərlərindən ibarətdir. Otto Lipmann 1923-cü ildə nəşr etdirdiyi kitabında işçinin psixologiyası ilə alıcının psixologiyasını, reklam psixologiyası ilə satış psixologiyasını fərqləndirirdi və bu sahələri ümumi və differensial psixologiya (fərdi fərqlilik psixologiyası) ilə əlaqələndirirdi. Almaniyada Hüqo Müynsterberqin əmək psixologiyası və təşkilati psixologiya sahəsində tədqiqatları ortaya çıxmışdı. O, mikroiqtisadi problemlər, əməyin monotonluğu, təşkili, reklamın qavranılması psixologiyasını öyrənmişdi.

Yazıya tam şəkildə nəzər yetirmək üçün keçidlərə daxil olun:

I hissə

II hissə


Print Friendly, PDF & Email