İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

posted in: Xəbər | 0

İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

Biznes Plan investisiya cəlb etmək və yaxud cari biznesin inkişafı üçün özündə bizneslə bağlı bütün məlumatları əks etdirən sənədlər toplusudur. Biznes Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır. İnvestisiya xarakterli biznes plan ilə cari bizneslər üçün biznes plan arasında fərqlər vardır. Biz bu yazıda investisiya cəlb edəcək biznes planda nələrə diqqət edilməsi gərəkdiyini sizlərlə paylaşırıq.

İnvestordan, bankdan, kredit təşkilatından və yaxud investisiya təşkilatlarından büdcə cəlb etmək və onları biznesin uğurlu ideyaya malik olduğuna inandırmaq həqiqətən asan deyil. Bunun üçün də biznes planda qarşı tərəfdə qaranlıq qalacaq heç bir boşluğun saxlanılmaması gərəklidir. Biznes ideya və yaxud gediləcək strateji xəritə ilə bağlı bütün məlumatlar öz əksini biznes planda tapmalıdır.


Biznes planda hansı məlumatlar olmalı və bu məlumatlar hansı qaydada olmalıdır?


Mündəricat, xülasə və açıqlama bölmələri

Biznes planın səliqəliliyini və biznes planın korporativ dəyərlərini qarşı tərəfə göstərə bilmək üçün ilkin mərhələdə mündəricat səhifəsi olmalıdır. Bu səhifə hansı başlıqların və mövzunun hansı səhifədə olduğunu göstərir ki, bu da biznes planla tanış olmaq istəyn şəxsin işini asanlaşdırır. Bundan sonrakı mərhələdə biznes planın xülasəyə salınmış hissəsi öz əksini taparsa yaxşı olar. Çünki biznes planı analiz etmək bir neçə gün zaman ala bilər. Lakin qarşı tərəf xülasə hissəsinə baxaraq biznesin ona uyğun olub olmadığını daha qısa zamanda aşkarlaya bilər. Bundan əlavə olaraq biznes planda elmi və nəzəri dildə yazılmış sözlərin açıqlamalarını verən bir səhifəyə də ehtiyac var ki, onu analiz edən tərəf biznes planı tam mənimsəyə bilsin.

Biznes planı yazan müəssisə və yaxud şəxs, Biznes haqqında, yatırılacaq ideya haqqında məlumatlar.

Əgər biznes planı yazan tərəf hüquqi şirkətdirsə o zaman mütləq müəssisə, əgər fiziki şəxsdirsə şəxs öz haqqında məlumatı biznes planda bölüşməlidir. Bu qarşı tərəfə biznes planla bağlı daha rahat qərar vermədə yardımçı olacaq. Əgər komanda varsa yaxşı olar ki, komanda da biznes planda öz əksini tapsın. Lakin burada komandanı qeyd edərkən təcrübəli və yazılan sahə ilə əlaqəsi olan şəxsləri yazmaq lazımdır.

Daxil olunacaq biznes və ideya haqqında ətraflı məlumat vermək lazımdır. Biznes nədən ibarətdir və nə üçün bu sektora yatırım edilməlidir. Bundan sonra isə ideyanın özünü açıqlamaq və əsaslandırmaq lazımdır, məqsədlər, hədəflər ideyanın üstün tərəflərini qarşı tərəfə göstərmək lazımdır.

Biznesin idarəedilməsi

Bu başlıq altında biznesin idarəedilməsi prinsipləri, daxili idarə etmə sistemi, idarəetmə fəlsəfəsi, idarəetmə strukturu, onların vəzifə öhdəlikləri və s. yer almalıdır. Bu qarşı tərəfin sizin və biznes plan haqqında müsbət düşünməsinə təkan verəcəkdir.

Bazar araşdırması və analizlər

İdeyanı və biznesin idarəedilməsini göstərdikdən, ideyanın maraqlı olduğunu sübut etdikdən sonra bazarın vəziyyətini qarşı tərəfə göstərmək gərəklidir. Burada ümumi bazar ilə bağlı rəqəmsal və maraqlı məlumatlar, rəqiblər haqqında məlumatlar, satış dövriyyələri, marketinq addımları, müştərilərin fikirləri və s. kimi araşdırmaya dayanan məlumatlar qeyd olunmalıdır. İki cür araşdırma seçimi vardır. Birinci dərəcəli araşdırma odur ki, siz araşdırmanı anket sorğuları və s. araşdırma metodologiyaları ilə özünüz əldə edəcəksiniz. İkinci dərəcəli araşdırma odur ki, internetdən bundan öncə edilmiş araşdırmalardan məlumatlar əldə edəcəksiniz. Hər bir halda hər ikisi dəyərlidir. Lakin birinci dərəcəli araşdırma metodu baha olduğu üçün çox biznes planlarda ikinci dərəcəli araşdırmalar olur.

İstehsal, anbar və lojistika planının olması

Əgər sizin biznes planınız istehsal ilə bağlıdısa biznes plada istehsal ilə bağlı ətraflı məlumatlar öz əksini tapmalıdır. Burada avadanlıqla bağlı məlumatlar, xammal ilə bağlı məlumatlar, aylıq və illik istehsal planı, anbar ilə bağlı məlumatlar və lojistika məlumatları öz əksini tapmalıdır. Bu sizin işinizin necə planlı və dəqiq olduğunu göstərən bölmələrdən biri olmalıdır.

Marketinq və satış addımları

Biznesin ideyası qədər, onu necə bazara təqdim edəcəyik və necə satış edəcəyik mövzusu da vacibdir. Bunun üçün də marketinq və satış bölmələri düzgün və effektiv işlənilməlidir ki, investisiya edən qurum və yaxud tərəf pul axışının necə formalaşdığını görə bilsin. Marketinq hissəsində şirkətin və yaxud layihənin markalaşmasından reklam fəaliyyətlərinə və eyni zamanda marketinq büdcəsinə qədər bütün məlumatlar qeyd olunmalıdır. Satış hissəsində isə satş strategiyası, satış planı və topdan və pərakəndədən satışlar aylar üzrə öz əksini tapmalıdır.

Maliyyə planı və risklərin analizi

Biznes planın ən vacib hissəsi deyərdik ki, maliyyə hissəsidir. Qarşı tərəfi ən çox maraqlandıran və biznes plana investisiya yatırılıb-yatırılmayacağı haqqında əsas istiqamət verən bölmə də elə bu bölmədir. Bu bölmədə olması gərəkən əsas məlumatlar aşağıdakı kimidir.

  • Satışdan daxil olmalar və xərclər,
  • PnL, İllərə görə mənfəət və zərər hesabatı,
  • Cash Flow, – Pul axışı,
  • EBIT, EBITA,
  • PBP, Pay Back Period,
  • MPV və s.

Bu məlumatlar sayəsində investisiya edən tərəf biznes plan ilə bağlı qərar qəbul edə biləcəkdir.

Sonra müxtəlif risk ölçmə metodologiyalarından istifadə edərək riskləri təyin etmək və onları aradan qaldırmaq üçün həll yollarını təklif etmək lazımdır.

Əməkdaşlıq üçün Onevision Busienss Solutions komandasına müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: +99455 372 71 80

Mail: info@onevision.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?

posted in: Xəbər | 0

Auditorun peşəkar fəaliyyəti,Sual: Vergi orqanında uçotda olmayan təsisçi təsisçisi olduğu MMC-yə əvəzi ödənilməyən mal və ya avadanlıq verərsə bu halda “Malların alış aktı” elektron qaydada tərtib edilməlidirmi və həmin malların və yaxud avadanlığın bazar qiymətinin müəyyən edilməsi üçün kənardan mütəxəssismi cəlb edilməlidir? Məsələn Auditor. MMC özü bazar araşdırmaları metodu ilə həmin mal və ya avadanlığın qiymətini müəyyən edə bilərmi?

Cavab: Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda bazar qiymətləri nəzərə alınmaqla elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 33-cü, 58.8-ci, 71-1-ci, 71-2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətində Rəqəmsal Transformasiya Şurası yaradılıb

posted in: Xəbər | 0

alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti (DVX) vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən vergi orqanlarınn göstərdiyi xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, informasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi, bu sahədə təhlükəsizliyin və faziləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi məqsədilə Xidmətin Rəqəmsal Transformasiya Şurası yaradılıb. DVX rəisinin müvafiq əmrləri ilə Şuranın tərkibi və əsasnaməsi təsdiq edilib.

Əsasnamə ilə Şuranın məqsəd və fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, tərkibi və qərar qəbuletmə səlahiyyətləri, hesabatlılığı, həmçinin iş reqlamenti müəyyən olunub. Şuranın fəaliyyətinin əsas məqsədi DVX-nin vergi siyasəti və strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin effektivliyinin, standartlaşmasının, təhlükəsizliyinin və fasiləsizliyinin yüksək səviyyədə təmin olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsini təşkil etmək, həmçinin elektron xidmətlərin istifadəçiləri ilə qarşılıqlı fəaliyyətinin effektivliyini təmin etməkdir.

Şuranın əsas fəaliyyət istiqamətləri isə DVX-nin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyası, vahid standartların hazırlanması və həyata keçirilməsi, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sisteminin (business intelligence) yaradılması və DVX-nin strukturları arasında informasiya mübadiləsi və rəqəmsallaşma üzrə qarşılıqlı fəaliyyəti optimallaşdırmaqdan ibarətdir.

Dövlət Vergi Xidmətinin Rəqəmsal Transformasiya Şurasının sədri vəzifəsini DVX rəisinin müşaviri Sərxan Həşimov icra edəcək. Şuranın üzvləri isə İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Natiq Şirinov, Bəyannamə və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin rəis müavini Fuad Aslanov, habelə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Baş idarənin rəisinin 1-ci müavini Emil Qarayevdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycandakı bütün ticarət kassaları gələn ilin sonunadək yeni nəsil kassalarla əvəzlənəcək

posted in: Xəbər | 0

Yeni nəsil elektron kassa aparatları, vergi inzibatçılığı, gömrük inzibatçılığı, bank, Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalHazırda ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil elektron kassa quraşdırılıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun