“Yeni nəsil e-kassa aparatları ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib”

posted in: Xəbər | 0

vergi inzibatçılığı, gömrük inzibatçılığı, bank, Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalYeni nəsil elektron kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“2020-ci ilin I rübündə marketlərdə e-kassa çeki üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 mln. manat, II rübdə 192 mln. manat, III rübdə 209 mln. manat, IV rübdə isə 222 mln. manat olub”, – nazir qeyd edib.

Mənbə: apa.az

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təşəkkülü (III hissə)

posted in: Xəbər | 0

Pulların təşəkkülü (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

vergi güzəştləri, pullar,Qızıl və gümüşə qayıdarkən, sual yaranır. Niyə məhz, onlar pul oldu? Məsələ burasındadır ki, qızıl və gümüş pul halına gəlmişdi. Çünki onlar bir sıra xüsusiyyətlərə malik idi ki, bu da tamamilə likvid vasitə rolunu daha yaxşı yerinə yetirməyə imkan verdi:

  • mühafizə oluna bilməsi;
  • yığcamlığı (kiçik həcmdə yüksək dəyər);
  • iqtisadi bölünmə (qızıl külçəsi iki hissəyə bölünür və onun dəyərinin bölünməsi deməkdir);
  • təbiətdə nadir tapılması.

Bu gün qızıl və ondan əvvəl isə gümüş pul əmtəəsi olmaqdan çıxıb. Biz öz həyatımızda, içində qızıl sikkələr olan kisəciklərdən deyil, kağız pullardan (əskinaslardan) istifadə edirik.

Likvidlik anlayışı müasir kağız pulların (rubl, avro, dollar və s.) alıcılıq qabiliyyətinə sahib olması deməkdir. Daha əvvəl qeyd edildiyi kimi, likvid vasitə asanlıqla reallaşdırılan mübadilə vasitəsidir. Məsələn, sizdə müəyyən sayda stulların olması, o demək deyil ki, siz onları istənilən vaxt başqa əmtəəyə dəyişdirə biləcəksiniz. Əksinə, müəyyən miqdarda pulunuz varsa, həmişə hər hansı bir fayda üçün mübadilə edə bilərsiniz. Amma belə bir sual yaranır: niyə hansısa kağız parçaları mütləq likvidliyə malikdir? Burada pulun təbiətinə aid olan bu amil rol oynayır. Pul – bu, hamı tərəfindən qəbul edilmiş mübadilə vasitəsidir. “Hamılıqla qəbul edilmiş” sözünə diqqət yetirmək çox vacibdir. Bəs müasir kağız pulların dəyərini necə və ya nə müəyyən edir? Onlar dəyərə malikdirlərmi?

İqtisadi nəzəriyyə bunu belə şərh edir: insanlar kağız pula dəyər verirlər. Bir şeyi pul kimi qəbul etmək lazım gəlirsə, həmin “bir şey” pul olacaqdır. İndiki dövrdə pul, pul təklifinə cavabdeh olan Mərkəzi Bank vasitəsilə dövlət tərəfindən dekretləşdirilir. Dəyər əsasən ölkə əhalisinin hökumətə və pul kütləsinə nəzarət edən Mərkəzi Banka olan güvən səviyyəsi ilə müəyyən edilir. Müasir pulun sabitliyi, ümumiyyətlə, ölkənin qızıl ehtiyatları ilə deyil, onların təklifi ilə müəyyən edilir. Təbiət qızılı öz dərinliklərində məhdudlaşdırdığı kimi, Mərkəzi Bank da pul təklifini və onların mövcudluğunu məhdudlaşdırır. Əgər kağız pullar nisbi nadirlik xüsusiyyətinə malik deyilsə, onların dəyəri tamamilə yox olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada vergi orqanları bank sirri sayılan məlumatları əldə edə biləcək

posted in: Xəbər | 0

Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Mart ayının 17-dən qüvvəyə minən qanun Rusiya Federasiyasının vergi orqanlarının bank məlumatlarını əldə etmək imkanlarını genişləndirir.

2021-ci ilin fevral ayında prezident Vladimir Putin tərəfindən imzalanmış yeni qanun kredit təşkilatları üzərinə öhdəlik qoyur ki, müvafiq müraciətdən sonra üç gün ərzində müştərilərin pasportlarının, hesabdakı vəsaitlər üzərində səlahiyyətlərin verilməsi ilə bağlı etibarnamələrin, hesabın açılması üçün ərizələrin və müqavilələrin, eləcə də imza nümunələri kartlarının surətlərini Federal Vergi Xidmətinə təqdim etsinlər.

Bununla yanaşı, yeni qanunun tələblərinə əsasən, banklar da benefisiar sahibkarlar, faydalananlar və müştərinin nümayəndələri barədə məlumatları müvafiq prosedurlar çərçivəsində vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirildi

posted in: Xəbər | 0

Bildiyiniz kimi 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Hər bir təşkilatda olduğu kimi ölkənin birinci bankı olan Kapital Bank-ın əməkdaşları da müharibədə iştirak edib, qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Bayram ərəfəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin iştirakı ilə “Tarix Yazan Qəhrəmanlarımız” adlı tədbirdə Bankın 92 nəfər əməkdaşı iştirak edib.

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək igid əməkdaşlarımıza minnətdarlığını bildirdi. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif etdilər.

“Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarında fəaliyyət göstərmək vaxtı gəlib”, – deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirdi.

Tədbirdə həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan Kapital Bank-ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, Bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edirdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun