Read More9
Read More9

Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

posted in: Xəbər | 0

Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq.

Sözügedən məsələ Milli Məclisin Regional siyasət komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Mövcud qanunvericiliyə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Mənbə: banker.az

Azərbaycanda işçilərin işdən azad edilməsi qaydaları yenilənir

Azərbaycanda işçilərin işdən azad edilməsi qaydaları yenilənir

posted in: Xəbər | 0

Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.

Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər.

Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək.

Bununla bərabər, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.

İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.

Mənbə: banker.az

20 sentyabr iş günü olan bayramlar sırasına daxil edildi

Vətəndaşlar üçün mygov-da dövlət qurumlarına rəsmi məktub göndərmə xidməti

posted in: Xəbər | 0

Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər.

Hər bir göndərilən məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.

Bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.

20 sentyabr iş günü olan bayramlar sırasına daxil edildi

posted in: Xəbər | 0

20 Sentyabr – Dövlət Suverenliyi Günü bayram günüdür.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.

20 sentyabr tarixi iş günü olan bayramlar sırasında yer alacaq.

Mənbə: banker.az

Beynəlxalq yükdaşıma xidməti: əsas vergi öhdəlikləri

1 98 99 100 101 102 103 104 2. 693
error: Content is protected !!