Azərbaycanda həyat sığortası üzrə ödənişlər artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 710,702 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,5 % artaraq 546,87 milyon manata çatıb.

Beləliklə, 10 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 66,6 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Mənbə: report.az

Əmlak icarəsində ÖMV tutulurmu? Vergi ödəyicisi üçün qaydalar

Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir

posted in: Xəbər | 0

Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.

Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazancı daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər Birbank mobil tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.

Bu məhsul, xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank filialından və ya Birbank mobil tətbiqində “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” seçimi ilə asanlıqla açmaq mümkündür.

Ətraflı məlumat üçün: http://b-b.az/yhpr.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Əmlak icarəsində ÖMV tutulurmu? Vergi ödəyicisi üçün qaydalar

Əmlak icarəsində ÖMV tutulurmu? Vergi ödəyicisi üçün qaydalar

posted in: Xəbər | 0

Əgər icarəyə verən vergi ödəyicisi kimi vergi orqanında uçotda olan (VÖEN-i olan) fiziki şəxsdirsə, o zaman icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmalıdırmı? Bu zaman icarəyə verənin və icarəyə götürənin vergi ödəyicisi olaraq hansı vəzifələri icra etmək öhdəliyi yaranır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Mənbə: vergiler.az

Audit yoxlamalarında rast gəlinən əsas problemlər

222 saylı “Yolda olan pul köçürmələri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Pul vəsaitləri və onların ekvivalentləri üzrə uçotun əsasları

Pul vəsaitləri və onların ekvivalentləri (Cash and cash equivalents) üzrə uçot 7 saylı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS -un (IAS7) tələblərinə uyğun aparılır.

Pul vəsaitlərinə kassada olan nağd pul və tələbli bank hesablarında olan vəsaitlər daxildir.

Pul vəsaitlərinin ekvivalentləri qısamüddətli, yüksək likvidli investisiyalardır ki:

  • onlar asanlıqla məlum pul məbləğlərinə çevrilə bilirlər, habelə;
  • dəyərdə yalnız cüzi bir dəyişiklik riskinə məruz qalırlar.

Qısamüddətli dedikdə, investisiyanın alındığı tarixdən onun ödəmə müddətinə qədər qalan üç aylıq müddət başa düşülür. Pul vəsaitlərinin ekvivalentləri investisiyalar və ya digər məqsədlər üçün deyil, qısamüddətli pul öhdəlikləri üçün istifadə olunur.

Pul vəsaitləri və onların ekvivalentləri üzrə mühasibat qeydlərinin aparılması üçün Hesablar Planının 22-ci maddəsinə uyğun hesablar açılır. Hesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. 222 saylı “Yolda olan pul köçürmələri” aktiv hesabı 22 saylı maddə üzrə uçotun aparılması üçün nəzərdə tutulmuş hesablardan biridir.

Yuxarıda qeyd edilən Qaydaların 24.1-ci maddəsinə əsasən pul vəsaitləri və onların ekvivalentlərinin uçotu üzrə aşağıdakı hesablar açıla bilər:

ALT Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu üzrə Kassa (221 saylı hesab), yolda olan pul köçürmələri (222 saylı hesab), Bank hesablaşma hesabı (223 saylı hesab) və digərləri açıla bilər.

Yolda olan pul köçürmələri dedikdə, müxtəlif xarici ölkələrə məxsus, milli pulların digər müəssisələrə, vergi ödəyicilərinə köçürmək məqsədilə bank hesabına, həmçinin digər rabitə şöbələrinə verilən, təyinatı üzrə hələ gedib çatmayan pulun hərəkəti başa düşülür. Xarici valyutaların alqı-satqısı zamanı sözügedən hesab geniş istifadə edilir.

222 saylı “Yolda olan pul köçürmələri” hesabı üzrə müxabirləşmələr

Bu hesabda mühasibat uçotu subyektinin yola salınmış, lakin təyinat yerinə gedib çatmamış pulların hərəkəti, mövcudluğu barədə məlumatlar ümumiləşdirilmiş şəkildə əks etdirilir.

Uçot aparan şəxslərin 222 №-li “ Yolda olan pul köçürmələri ” hesabı üzrə daxil edilmiş pul vəsaitləri həmin qaydaların 24.9.-cu bəndilə nizamlanır.

Mühasibat uçotu subyektinin kassasına yaxud bank hesablaşma hesablarına daxil olan yolda olan pul köçürmələri üzrə tənzimləmələr Qaydaların 24.10.-cu bəndinə uyğun aparılır.

Mühasibat uçotu subyektinin kassasından yaxud bank hesablaşma hesablarından digər mühasibat uçotu subyektlərinə ödənişlər edilərkən yolda olan pul vəsaitlərinin uçotuna Qaydaların 24.11.-ci bəndi, yolda olan pul vəsaitləri həmin mühasibat uçotu subyektlərinə daxil olduqda 24.12.-ci bəndi tətbiq edilir.

Yolda olan pul köçürmələri ilə bağlı aşağıdakı müxabirləşmə nümunələri  

Nümunə 1:  Xarici valyuta ilə əməliyyatlar aparıldıqda yolda olan köçürmələri

“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunub. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunub.

Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında:

  1. artma, yaxud;
  2. azalma halları müşahidə oluna bilər.

Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44200.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 7992.00
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 7992.00

1-ci halda dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların alış anında konvertasiya edilən məbləğ ilə ödəniş anında konvertasiya edilən məbləğ arasındakı fərq qədər satışdankənar gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.67 ₼  →  26000 × 1.67 = 43420

Müsbət məzənnə fərqi  →  44200 – 43420 = 780

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 43420.00
2 Valyuta hesabına 26000 dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 43420.00
3 Malların əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 43420.00
4 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 611 – Sair əməliyyat gəlirləri 780.00

2-ci halda dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların alış anında konvertasiya edilən məbləğ ilə ödəniş anında konvertasiya edilən məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.72 ₼  →  26000 × 1.72 = 44720

Mənfi məzənnə fərqi    44720 – 44200 = 520

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 44720.00
2 Valyuta hesabına 26000odollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 44720.00
3 Malların əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 44200.00
4 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 223-2 – Bank hesablaşma hesabları 520.00

Nümunə 2: Nağd pullar təhtəlhesab şəxsə verildikdə yolda olan köçürmələri

“A” MMC müxtəlif ərazilərdə 15 ədəd filialı ilə ictimai iaşə fəaliyyətini həyata keçirən müəssisədir. Rayon ərazisində yerləşən 9 saylı filialında baş verən texniki nasazlığa görə 15000 manat vəsait poçt vasitəsilə 2 saylı filiala göndərilmişdir.

İlk olaraq, qeyd olunan məbləğ 9 saylı filialın işçisinə verilmişdir. Təhtəlhesab şəxs də həmin məbləği poçt idarəsinə təqdim etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 15000.00
2 Təhtəlhesab şəxsə verilən məbləğ poçt idarəsinə ödənildikdə 222 – Yolda olan pul köçürmələri 244 – Təhtəlhesab məbləğlər 15000.00

Poçt vasitəsilə göndərilən ödəniş 2 saylı filial tərəfindən qəbul edildikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Poçt vasitəsilə göndərilən məbləğ qəbul edildikdə 221 – Kassa 222 – Yolda olan pul köçürmələri 15000.00

Yolda olan pul köçürmələri ilə bağlı daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

1 101 102 103 104 105 106 107 2. 693