224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot

posted in: Xəbər | 0

“Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablar

Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit təşkilatlarında bank hesablaşma hesabları ilə yanaşı digər xüsusi hesablar da aça bilər. Bu hesablara milli və xarici valyutada pul vəsaitləri onların fəaliyyəti ilə bağlı daxil olur və onların əldə edilməsi müəyyən şərtlər daxilində mümkündür. Mühasibat uçotu subyektlərində belə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” adlı hesabda aparılır. Bu hesab  mühasibat uçotunun hesablar planının  22-ci maddəsinin əhatə etdiyi hesablardan biridir. Pul vəsaitləri və onların ekvivalentləri” adlanan bu maddə üzrə açılan digər hesablar aşağıda verilib:

7 saylı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS  (IAS7) pul vəsaitlərini “vəsaitləri kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozit” kimi xarakterizə edir. “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə mühasibat yazılışları verilirkən bu standartın tələbləri nəzərə alınmalıdır.

224 saylı üzrə uçotun nizamlanması

224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Bu aktiv hesabın təyinatını həmin qaydalar belə şərh edir:

“224 №li “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında mühasibat uçotu subyektinin fəaliyyəti ilə bağlı hesabına daxil olan və müəyyən şərtlər daxilində əldə olunması mümkün olan milli və xarici valyutada pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir (Qaydalar/24.5”)

Başqa sözlə, mühasibat uçotu subyektləri tələblərə əsasən açılan digər bank hesablarından akkereditivlər, çek kitabçaları, kredit kartları (plastik kartlar) və digər bu kimi xüsusi hesablar vasitəsilə aparılan əməliyyatlar zamanı istifadə edir.

Akkreditvlərlə əməliyyatlar AR Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatın” tələblərinə uyğun həyata keçirilir.

Çeklər və digər ödəniş vasitələri ilə aparılan əməliyyatlar Mərkəzi Bankın müvafiq normativ sənədləri əsasında nizamlanır.

224 saylı hesaba pul vəsaitlərinin daxil edilməsi yuxarıda qeyd edilən Qaydaların 24.15-ci bəndinə əsasən tənzimlənir.

Müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda Qaydaların 24.19-cu bəndi tətbiq edilir.

“Tələblərə əsasən açılan digər bank hesabları” üzrə müxabirləşmələr

Aşağıdakı cədvəllərdə  akkreditivlər üzrə əməliyyatlara aid müxabirləşmələrin əsas prinsipləri şərh edilir. Akkreditiv alıcı ilə satıcı arasında ödəniş formalarından biridir. Akkreditiv vasitəsilə hesablaşmalar kontragentlər arasında nağdsız ödənişin bir variantıdır. Akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana akkreditivin tələblərinə cavab verən müvafiq sənədlərin təqdim edilməsi şərti ilə vəsait ödəməyi öhdəsinə götürür.

Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN) Əsas
Pul vəsaitləri hesablaşma hesabından akkreditivə köçürülüb 224-1 223 Köçürülən məbləği Bank çıxarışı
Qısamüddətli kreditdən istifadə etməklə akkreditivin açılması 224-1 501 Kreditin məbləği Bank çıxarışı
Uzunmüddətli kreditdən istifadə etməklə akkreditivin açılması 224-1 401 Kreditin məbləği Bank çıxarışı
Pul vəsaitləri təchizatçının hesabına köçürülür 531 224-1 Köçürülən məbləğ Bank çıxarışı
Akkreditiv üzrə istifadə olunmamış vəsaitlər bank hesablaşma hesabına köçürülür 223 224-1 Köçürülən məbləğ Ödəniş tapşırığı Bank çıxarışı

Hesab üzrə mühasibat yazılışlarının aparılması zamanı nəzərə almaq lazımdır ki, analitik uçot hər bir akkreditiv və çek kitabçası üzrə 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında ayrıca aparılır. Eyni zamanda xarici valyutada olan pul vəsaitlərinin uçotu üçün yeni subhesab açılır. Analitik uçot ölkə və xaricdəki akkredit və çek kitabçalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkətini ümumiləşdirir.

ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı

Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın

posted in: Xəbər | 0

Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşayın deyə bu şansı qaçırmayın.

3 dekabr-15 yanvar tarixlərini əhatə edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 12 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Beynəlxalq yükdaşıma xidməti: əsas vergi öhdəlikləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əsasən, beynəlxalq yükdaşıma – yüklərin daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Bəs bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin vergi öhdəlikləri necə müəyyən edilir? Suala “İATM Audit and Consulting” MMC-nin auditoru İlkin Lələyev nümunələr əsasında aydınlıq gətirir.

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şəxslərin gəlirləri (mənfəəti) gəlir (mənfəət) vergisinə cəlb olunur. Həmin şəxslərin əldə etdiyi gəlirdən xərclər çıxılmaqla qalan mənfəət 20% dərəcə ilə gəlir (mənfəət) vergisinə cəlb edilir. Əgər bu şəxslər Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə cavab verərsə, gəlir (mənfəət) vergisi üzrə güzəştlərdən faydalana bilərlər.

Misal 1

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən fərdi sahibkarın maliyyə ili üzrə gəliri 150.000 manat təşkil edib. Həmin gəlirin əldə edilməsi ilə əlaqədar gəlirdən çıxılan xərclərin cəmi isə 100.000 manatdır. Bu zaman sahibkarın il üzrə hesablanmalı olan gəlir vergisi 10.000 manat təşkil edəcək:

150.000 – 100.000 = 50.000 manat;
50.000 x 20% = 10.000 manat.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Əgər həmin müəssisə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə cavab verərsə, gəlirin 75%-i vergidən azad ediləcək. Bu halda, dövlət büdcəsinə hesablanan gəlir vergisi məbləği 2.500 manat təşkil edəcək:(50.000 x 25%) x 20% = 2.500 manat.

Gəlir vergisi illik hesablanıb büdcəyə ödəniləcək.

Gəlirlərin ƏDV-yə cəlb edilməsi

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicilərinin gəlirləri Vergi Məcəlləsinin 165.1.4.-cü maddəsinə görə ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Qaydaya əsasən, onlar ƏDV qeydiyyatına alınır, lakin bu fəaliyyətdən əldə etdikləri gəlir üzrə dövlət büdcəsinə ƏDV hesablanmır. Müvafiq qaydada ödədikləri ƏDV məbləğini isə əvəzləşdirmək hüququ saxlanır.

Qeyd edək ki, həmin şəxslərin digər fəaliyyətlər üzrə gəlirləri ƏDV-yə müvafiq qaydada cəlb edilir.

Misal 2

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən fərdi sahibkarın maliyyə ili üzrə bu fəaliyyətdən gəliri 250.000 manat təşkil edir. Həmin şəxsin dövlət büdcəsinə ƏDV öhdəliyi 0 manat təşkil edəcək. Gəlirlər ƏDV-yə 0 dərəcə üzrə cəlb edilsə belə, müvafiq qaydada ƏDV hesabatı təqdim edilir.

Əmlak vergisi üzrə vergiyə cəlbetmə

Vergi Məcəlləsinin 199-cü maddəsi (azadolmalar) nəzərə alınmaqla, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər ümumi qaydada əmlak vergisinə cəlb edilir.

Misal 3:

Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisinin balansında yükdaşıma fəaliyyəti üçün istifadə etdiyi nəqliyyat vasitəsinin ilin əvvəlinə qalıq dəyəri 100.000 manat, ilin sonuna isə 75.000 manatdır. Bu halda, həmin nəqliyyat vasitəsinə görə şirkətin əmlak vergisinin məbləği 875 manat təşkil edəcək:

100.000 + 75.000 = 175.000 manat;
175.000 : 2 = 87.500 manat;
87.500 x 1% = 875 manat.

Əmlak vergisi illik hesablanıb büdcəyə ödəniləcək.

Mənbə: vergiler.az

Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?

Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?

posted in: Xəbər | 0

İş adamlarını maraqlandıran məsələlərdən biri də sahibkarlıq subyektlərinin meyarlarının dəqiqləşdirilməsidir. Vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olması müəyyən edilən zaman təqdim edilən malların, xidmətlərin dəyərinin əlavə dəyər vergisi (ƏDV) illik gəlirə aid edilirmi? Sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Təcrübədə illik gəlirləri 200.000 manatdan aşağı olan, lakin təqdim edilən malların, xidmətlərin dəyəri ƏDV daxil 200.000 manatdan yuxarı olan vergi ödəyiciləri ilə tez-tez rastlaşırıq. Onlar ƏDV ödəyicisidirlər. Bəs belə olan təqdirdə həmin vergi ödəyicilərini mikro sahibkarlıq subyekti hesab etmək olarmı? Vergi Məcəlləsinə əsasən, onların 75% gəlir və mənfəət vergisi üzrə güzəşti varmı?

Tutaq ki, ƏDV ödəyicisi olan vergi ödəyicisinin il ərzində təqdim edilən mallarının, xidmətlərinin dəyəri əsas məbləğ üzrə 180.000 manat, ƏDV məbləği isə 32.400 manatdır və ƏDV daxil cəmi dövriyyəsi 212.400 manatdır.

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən, sahibkarlıq subyektinin meyarı müəyyən edilərkən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Nəzərinizə çatdıraq ki, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır. Yəni yuxarıda qeyd olunan nümunədə təqdim edilən malların, xidmətlərin dəyərinin ƏDV daxil 212.400 manat olmasına baxmayaraq, illik gəlir olaraq 180.000 manat əsas götürülür.

Belə olan təqdirdə həmin vergi ödəyicisi mikro sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrinin digər tələbləri də nəzərə alınmaqla gəlir və mənfəət vergisi üzrə 75% güzəştdən istifadə edə bilərlər.

Mənbə: vergiler.az

Vergilərin hesablanmasında yol verilən yanlışlıqlar

1 99 100 101 102 103 104 105 2. 693