İş vaxtı (Normalar, tələblər, yeniliklər)

posted in: Xəbər | 0

Daim işçi və işəgötürən arasında əmək münasibətlərinin ilkin tənzimləmə vasitələrindən biri kimi iş saatlarının götürüldüyünü nəzərə alaraq bu dəfəki yazımızda iş saatı barədə məlumat verməyə çalışacağıq.

Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtı norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülmüşdür.

Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

İş vaxtının digər normaları aşağıdakı kimidir:

15-16 yaş 24 saat

16-18 yaş 36 saat

1 və 2-ci qrup əlilliyi olan 36 saat

Hamilə və ya 1 yaş 6 aylığadək körpəsi olan 36 saat

3 yaşadək uşağı təkbaşına böyüdən 36 saat

Əmək şəraiti insan sağlamlığı üçün ağır olan iş yerində (*) çalışan 36 saat

Yüksək həssas, əsəb gərginliyi, səhhətə mənfi təsir göstərən amillər olan iş yerlərində (*) çalışan 36 saat

* səlahiyyətli qurum tərəfindən müəyyən edilir.

İşçinin iş vaxtından artıq işə

– təbii fəlakət,

– istehsalat qəzası,

– fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması

– hərbi vəziyyət rejiminin təmin edilməsi

– tezkorlanan malların itkisinin qarşısının alınması məqsədilə cəlb edilməsinə işçinin razılığı və işəgötürənin əmri olduqda yol verilir.

Ağır və zərərli sahələrdə çalışan işçilərin 2 saatdan artıq cəlb olunmasına, xüsusilə ağır və zərərli sahələrdə çalışanların isə ümumiyyətlə cəlb edilməsinə yol verilmir.

Ümumilikdə isə dalbadal gələn iki iş günü işləyən işçi 4 saatdan artıq işə cəlb edilə bilməz.

 

Aşağıdakı müstəsna hallarda da iş vaxtından artıq işə cəlb edilməyə yol verilir:
  • Dövlət müdafiəsinin təmin edilməsi üçün vacib işlərin görülməsi;
  • Kommunal xidmət müəssisələrində gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi;
  • İş gününün sonunadək başlanmış və dayandırılması avadanlığın korlanmasına səbəb olacağı üçün işlərin tamamlanması;
  • İşin dayanmasına səbəb olan mexanizmlərin təmiri üçün işlərin görülməsi;
  • Əvəz edən işçi işdə olmadıqda, işə fasilə verilməsi mümkün olmadığı üçün işlərin icra olunması.

İşçiyə iş günü üzrə nahar fasiləsi üçün vaxt verilməlidir. İşçinin iş günləri arasında azı 12 saatlıq istirahət vaxtı olmalıdır.

Qanunvericiliyə görə 5 günlük iş rejimində 2 gün, 6 günlük rejimdə isə 1 gün həftəarası istirahət günü verilməlidir.

Həmçinin bayram və qeyri-iş günü sayılan günlərdə də işin görülməsinə yalnız müstəsna hallarda yol verilir.

Xatırladaq ki, əsasən iş vaxtından artıq iş 2 qat ödənilir.

Mövzu çərçivəsində onu da qeyd edək ki, hazırda bir sıra ölkələrdə iş vaxtından sonra işəgötürənin işçiyə email göndərməsi və zəng vurması qadağan edilir. Burada əsas məqsəd iş və şəxsi həyat arasında balansın qorunması, stresin azaldılması və işçinin istirahət vaxtının səməli təşkilinə imkan verilməsidir. İşçiyə icazə verilir ki, həmin emaili silsin və ya telefon zəngini rədd etsin.

Yekunda isə qeyd edək ki, bəzi ölkələrdə işin xarakterindən asılı olaraq 4 günlük iş rejiminin tətbiqinə keçid başlanmışdır. Təbii ki, bu rejim işin xüsusiyyətləri və işçi ilə işəgötürənin qarşılıqlı razılığından asılı olaraq tətbiq edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mallar və inventarların hərəkət dövriyyəsi elektron olduqda sənədlər çap edilmədən tətbiq edilə bilərmi?

posted in: Xəbər | 0

Elektron alış aktının tərtib edilməsi, Elektron alış aktı, icazə almaq, Subsidiyalar, Nəzarət-kassa, müavinət, müavinətin təyinatı,Sual: “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Sual olunur, yuxarıda fərmandan belə nəticəyə gəlmək olar ki, qeyd edilən mallar və inventarların hərəkət dövriyyəsi elektron daşıyıcıda deyəndə yəni imzasız, möhürsüz excel faylında və ya daxili maliyyə proqram təminatında (1C məsələn) uçotu aparıla bilər və həmin aktların gündəlik uçotu və hərəkətinə (kağız variantında imzalı və ya möhürlü, eyni zamanda elektron imzalı və möhürlü) ehtiyac yoxdur və belə bir uçot forması vergi orqanları səyyar yoxlama vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi və 58.8.3 maddəsinin tələblərini pozmuş sayılmayacaqdır. Qeyd edilən sual barədə xahiş olunur ərtaflı, net münasibətinizi bildirəsiniz.

Cavab: Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Belə ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin təsərrüfat daxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyindən təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsinə zərurət yaranmır.

Eyni zamanda, vergi orqanları tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlərin vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi təmin edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (5-ci hissə)

posted in: Xəbər | 0

İstifadəçi kodu, parol, şifrə,elektron pensiya təyinatıBiznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (5-ci hissə)

4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İstehsalat sahəsində tələbolunan biznes

İstehsal sahəsi kifayət qədər müxtəlifdir və həyatın müxtəlif sahələrinə aiddir və öz işinə malik olmaq istəyən hər kəs tələb olunan biznes ideyasını tapa bilər.

1. Emal sənayesi.

Bizim planetimiz daha çox istifadə olunan əşyaların anbarını xatırladır. Xüsusilə bu problem postsovet ölkələrində aktualdır, burada emal sənayesi zəif inkişaf edib.

Bu sahəyə zibilin, rezin şinlərin, şüşə qabların, plastikin, kağızların emalı ideyası aiddir.

Belə biznesin sərfəli olması xammalın ucuzluğu və rəqiblərin sayının az olması, eləcə də bazarda emal məhsullarına tələbatın olması ilə bağlıdır.

Belə bir həqiqətən aktual və tələb olunan biznes sahəsini açmaq üçün aşağıdakıları etməlisiniz:

  • fəaliyyətin istiqamətini müəyyənləşdirmək;
  • istehsalın texnoloji prosesini öyrənmək;
  • şəhərdən kənarda istehsal otaqlarını kirayə götürmək;
  • müvafiq avadanlıqlar almaq;
  • ştata işçilər götürmək;
  • emal olunmuş məhsullara ehtiyacı olanları tapmaq.
2. Tikinti materiallarının istehsalı.

Hətta böhran dövründə şəhərlərdə inşaat işləri davam edir, insanlar öz evlərində təmir işləri aparırlar.

Bunun üçün isə müxtəlif inşaat materialları – taxta, quru tikinti qarışıqları, kərpiclər, metal profillər, plitələr və bir çox şeylər lazım olur.

Ona görə, hətta kiçik inşaat materialları istehsalını açsanız belə, əmin olun ki, biznesinizə böyük tələbat olacaq.

Əgər sizin kiçik bir başlanğıc kapitalınız varsa, onda bir istiqaməti seçin və ilkin dövrdə onun inkişafı üzərində işləyin.

Lap əvvəldə siz kiçik inşaat mağazalarına hazır məhsulları sata bilərsiniz.

Biznesiniz genişləndikcə, regional, sonra isə dövlət bazarlarına çıxmaqdan çəkinməyin.

İşiniz alınsın deyə, ancaq keyfiyyətli tikinti materialları istehsal edin, onda sizin həmişə alıcılarınız olacaqdır.

  1. Ağac kömürünün istehsalı.

Ağac kömürünün tətbiqi sahəsi çox genişdir.

Ondan tikinti sahəsində – lakların, inşaat tozlarının istühsalında, istehsalda – yanacaq kimi, məişətdə isə kaminlər və manqllarda od qalamaq üçün istifadə olunur.

Beləliklə, bu istehsalı da tələbolunan biznesə aid etmək olar, çünki onun müxtəlif planlı istelakçıları var.

Bi ideynı həyata keçrməkdən ötrü, böyük bir sahəni icarəyə götürmək və ya bahalı avadanlıqlar almağa gərək yoxdur. Başlanğıc üçün 20 kv metrlik bir otaq və soba almaq almaqla kifayətlənmək olar.


6-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təşəkkülü (II hissə)

posted in: Xəbər | 0

Pulların təşəkkülü (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

uşaq müavinətləriBir məhsulun satış qabiliyyətini və ya likvidliyini nə müəyyənləşdirir?

Üçüncüsü, məhsulun satış qabiliyyəti kəmiyyətcə məhduddur. Yəni, hələ təmin olunmamış müştəri ehtiyaclarının həcmi ilə məhdudlaşır; bundan başqa, müxtəlif mallarda nəzərəçarpacaq dərəcədə fərqlənən kəmiyyət satış həcminin sərhədləri mövcuddur. Məsələn, K. Menqer Perunun qədim dövrü ilə bağlı elmi əsərləri ət və çörəyin satış qabiliyyəti ilə müqayisə etməyi təklif edir.

Dördüncüsü, satış qabiliyyəti satışların mümkün olduğu dövrdən asılıdır. Təzə çiyələk, hisə verilmiş kolbasa, istiridyə, qəzet, moda geyimləri və s.-nin satış müddətlərini müqayisə etsək məhsullar arasındakı bu fərqlər daha aydın olacaqdır.

Beləliklə, maksimum satış qabiliyyətinə malik olan əmtəə pula çevrilir. Pullar – bu, mütləq likvid bir mübadilə vasitəsidir. Bunlar cəmiyyətin iqtisadi həyatının əsas tərkib hissələrindən biridir və inkişafının müəyyən bir mərhələsində meydana çıxıb. Ancaq, bir dövlət qanunvericilik aktının məhsulu olaraq deyil, cəmiyyətdəki iqtisadi münasibətlərin inkişafı, insanların təbii iqtisadi həyatı nəticəsində meydana gəlib.

Artıq müxtəlif regionlarda və ölkələrdə ticarətin inkişafının ilk mərhələlərində insanlar elə bir məhsul tapıblar ki, o, ən çox satış qabiliyyəti ilə seçilir ki, bu da lazım olan istənilən məhsula dəyişdirilə bilər. Bütün bu proses təbii olaraq baş verdi. Bu cür məhsul olaraq taxıl, mal-qara, mis, duz, xəz və s. istifadə edilmişdir. Bu məhsulların hamısı bir tələbi ödəməli idi: həm alıcılar, həm də satıcılar tərəfindən mübadilə vasitəsi olaraq universal qəbul vasitəsi əldə etmək.

Qeyd etmək lazımdır ki, neoklassiklər vərdişin pulun meydana gəlməsində böyük təsirini vurğulayırlar. Bu amil müasir pulların təbiətində çox şeyi aydınlaşdırmağa kömək edəcəkdir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun