Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Hadrut qəsəbəsində fəaliyyət göstərən “Bolmart” marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, ötən aylarda Şuşada və Qubadlıda da bankomat və ödəniş terminalı yerləşdirilib.

Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçi yenidən işinə bərpa etdirilib

posted in: Xəbər | 0

əmək kitabçaları, əmək kitabçası, əmək kitabçalarının ləğvi, e-arayış xidməti, Pensiya kalkulyatoru, işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2020-ci ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 224 min manat məbləğində sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən  vəsaitin 94,2%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin xüsusi karantin dövründə iş yerlərinin qorunmasına elektron sistem üzərindən ciddi nəzarət həyata keçirilib. Əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb. Habelə sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub.

Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti  xüsusi karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.

Mənbə: sosial.gov.az

Dövlət Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulunu elan edir

posted in: Xəbər | 0

işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.

Müsabiqəyə sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 25-i, saat 10.00-dan fevral ayının 8-i, saat 24.00-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarına (www.taxes.gov.az  www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.

Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə Dövlət İmtahan Mərkəzinin elektron ərizə bazasında ərizənin namizədin özü tərəfindən təsdiq edilməsi üçün qeyd olunmuş müvafiq linkə daxil olmaqla 17 fevral 2021-ci il saat 09:00-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər 6 mart 2021-ci il tarixdə saat 10.00-dan 18:00-a qədər imtahana buraxılış vərəqələrini Dövlət Vergi Xidmətinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) əldə edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi 13 mart 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.

Mövcud vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə müvafiq Komissiya tərəfindən baxılaraq yaş həddi tətbiq edilməyə bilər. MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Dövlət Vergi Xidmətinin kadr ehtiyatından çıxarılacaq.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

posted in: Xəbər | 0

Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Azərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən bu müddət 2020-ci il yanvarın 1-dən 1 ildən 2 il müddətinə artırılır.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən il müddətinə ƏDV-dən azad edilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun