Mədaxil qəbzləri və kassa çeki əsasında xərclərin tanınması

posted in: Xəbər | 0

icarə haqqı, gəlir vergisi, hüquqi şəxs, torpaq vergisi, gəlir vergisi,vergitutma, yükdaşımalar,Vergi ödəyiciləri ilə vergi orqanları arasında sual yaradan məsələlərdən biri də yalnız kassa çeki və ya mədaxil qəbzləri ilə təsdiqlənmiş xərcləri gəlirdən çıxarmağın hansı hallarda mümkün olmasıdır. Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərli aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.8 maddəsində göstərilir ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Maddənin mətnindən də göründüyü kimi, kassa çeki və ya qəbzin xərcləri təsdiq edən sənəd hesab olunmasına yalnız Məcəllənin 16.1.11-6.1 – 16.1.11-6.3-cü maddələrində göstərilən hallarda icazə verilir.

Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrinin təsvirinə həsr olunub, 16.1.11-6-cı maddədə isə vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmış şəxslər üçün mal, xidmət satarkən və ya iş yerinə yetirərkən, hər bir vergi ödəyicisinin onlara elektron qaimə-faktura göndərmək vəzifəsi qeyd olunur. 16.1.11-6.1 və 16.1.11-6.3-cü maddələrdə sadalanan üç xidmət kateqoriyası ilə əlaqədar vergi ödəyiciləri bu vəzifədən azad edilir:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Beləliklə, yalnız yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən verilmiş kassa çekləri və ya qəbzləri xidmətlərin alınması xərclərini təsdiq edən sənəd kimi qəbul edilə bilər və həmin vergi ödəyicilərinə bu xərcləri gəlir vergisi bəyannaməsində gəlirlərdən çıxarmaq hüququ verir. Bütün digər hallarda kassa çekləri və mədaxil qəbzləri xərcləri təsdiqləyən sənəd hesab edilmir. Başqa sözlə, xərclər bölüşdürülməmiş mənfəətdən cari ilin gəlirlərindən çıxılmadan silinməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Peşəkar mühasib sertifikatı imtahanlarına hazırlaşanlar üçün tapşırıqlar

posted in: Xəbər | 0

Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,DİM imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə imtahanda istifadə olunacaq test tapşırıqlarına aid nümunələr təqdim edir.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

Məlum olduğu kimi, sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçiriləcək və imtahanlarda qapalı tipli və açıq tipli test tapşırıqlarından istifadə olunacaqdır:

I mərhələ (mühasibat uçotu) üzrə:

40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla;

Açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcəkdir.

II mərhələ (qanunvericilik) üzrə:

40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla;

Açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndiriləcəkdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçiriləcək sahənin yeni istiqamət olduğu və spesifikliyi nəzərə alınaraq imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə hər bir mərhələ üzrə imtahanda istifadə olunacaq 1, 2, 5 və 10 balla qiymətləndirilən test tapşırıqlarına aid nümunələr təqdim edilir.

Nümunələrə nəzər yetirmək üçün faylı yükləyin: Nümunə test tapşırıqları

Mənbə: dim.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda qeyri-formal məşğulluğun həcmi müəyyənləşdiriləcək

posted in: Xəbər | 0

qismən səfərbərlik, Karantin rejiminin pozulması, Dövlət rüsumu, İqtisadi Şura,Azərbaycanda qeyri-formal məşğulluğun həcmi müəyyənləşdiriləcək və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Milli Prioritetlərdə qeyd olunub ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artıracaq. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdiriləcək və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçiriləcək, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görüləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ünvanlı yardımların əhatə dairəsi genişləndiriləcək

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Qeyd edilib ki, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun