Mikayıl Cabbarov: “DSMF-nin büdcə asılılığı azalıb”

posted in: Xəbər | 0

Mikayıl Cabbarov: “DSMF-nin büdcə asılılığı azalıb”

“Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə asılılığı azalıb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əgər 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1% idisə, 2020-ci ildə bu göstərici 25%-dən azdır”, – o qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məsafədən məhsuldar işləməyə əngəl olan əsas maneələr nədir?

posted in: Məqalə, Xəbər | 0

karantin, evdən işləmək qaydaları,Məsafədən məhsuldar işləməyə mane olan əsas maneələr bunlardır: böyük həcmdə tapşırıqlar, elektron məktublar və xəbərlərin, eləcə də görüşlər və zənglərin çoxluğu.

Ekspertlər müəyyən ediblər ki, məsafədən istifadəyə keçidlə əlaqədar şirkət əməkdaşları işin özünə deyil, bilavasitə informasiya, müşavirə və proseslərin əlaqələndirilməsi üçün 60 faiz çox vaxt sərf etməyə başlayıblar.

Sorğuda Avstraliya, Fransa, Almaniya, Yaponiya, Sinqapur, Böyük Britaniya və ABŞ-dan olan müxtəlif səviyyəli şirkətlərin 13 min işçisi iştirak edib. Tədqiqat əməkdaşların əksəriyyətinin (87 faiz) gecəyədək işlədikləri və iş yerində çox qaldıqlarını ortaya çıxarıb. Müqayisə üçün qeyd edək ki, əgər 2019-cu ildə onlar işdə 242 saat olublarsa, 2020-ci ildə isə bu rəqəm 455 saata çatıb.

Aydın olub ki, işlərin sayı artdıqca, bir çox əməkdaşların ev işlərinə vaxt ayırması çətinləşib. Sorğu zamanı respondentlərin hər on nəfərindən yeddisinin ötən il bu səbəbdən emosional baxımdan əziyyət çəkdiklərini qeyd ediblər. Bu, evdən çalışanların yeganə psixoloji problemi deyildir. Rəyi soruşulanların demək olar ki, üçdə ikisi (62 faizi) 2020-ci ildə “nailiyyətə layiq olmama sindromu”nu yaşayıblar. Çox vaxt isə bu sindrom uşaqları olan valideylərdə özünü göstərib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kreditlər. Kreditlərin növləri (I hissə)

posted in: Xəbər | 0

Kreditlər. Kreditlərin növləri

Kredit mütəxəssisi, vakansiya,Xarici valyuta, sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Kredit (latın dilində “kredo”) etibar mənasını verir ki, bu da bir tərəfin resursları digər tərəfə verməsinə imkan yaradır. Bu zaman ikinci tərəf resursları birinci tərəfə dərhal qaytarmır (beləliklə, borc generasiya edir). Bunun əvəzində verilmiş ehtiyatları (və ya digər bərabər qiymətdə olan materialları) bir müddət sonra geri qaytarır.

Təqdim olunan ehtiyatlar maliyyə resursları (məsələn, kreditin nağd pulla verilməsi) ola bilər və ya onlar mal və ya xidmətlərdən (məsələn, istehlak kreditləşməsi zamanı) ibarət ola bilər. Kredit təxirə salınmış ödənişin istənilən bir formasıdır.

Kredit mütləq şəkildə pul borc transferi demək deyil. Kredit konsepsiyası barter iqtisadiyyatlarında, eləcə də malların və xidmətlərin birbaşa mübadiləsi əsasında tətbiq oluna bilər. Ancaq müasir cəmiyyətlərdə kreditlər ümumiyyətlə, hesab vahidlərində təyin olunur. Puldan fərqli olaraq kredit özü hesab vahidi kimi çıxış edə bilməz.
Kommersiya krediti

“Kredit” sözü kommersiya ticarətində “əmtəə krediti” terminində istifadə olunur ki, alınan mallar üçün gecikdirilmiş ödənişlərin təsdiqi üçün müraciət edilsin. Kredit maliyyə qeyri-stabiliyi və çətinliyi yaşayan şəxslərə bəzən verilmir. Şirkətlər öz müştərilərinə krediti çox vaxt alqı-satqı müqaviləsi şərtlərinə əsasən təklif edirlər. Müştərilərinə kredit təklif edən təşkilatlar çox vaxt kredit menecerlərindən istifadə edirlər.

Kommersiya krediti, ABŞ-dakı (B2B) satıcılar üçün əksər biznesdən ötrü kapitaldan ən böyük istifadədir və bütün müəssisələrin əksəriyyəti üçün mühüm kapital mənbəyidir. Məsələn, dünyanın ən nəhəng pərakəndə satış şirkəti Wal-Mart, ticarət kreditindən bank kreditinə nisbətən daha böyük kapital mənbəyi kimi istifadə etmişdir; Wal-Mart ticarət kreditlərinin həcmi səhmdarlar tərəfindən qoyulan kapitalın həcmindən 8 dəfə çox olub.

Ticarət krediti bir treyder tərəfindən malların və xidmətlərin alınması üçün digərinə verilmiş bir kreditdir. Kommersiya krediti məxaric materiallarının bilavasitə kredit ödənişi olmadan əldə edilməsini asanlaşdırır. Kommersiya krediti adətən kommersiya təşkilatı tərəfindən qısamüddətli maliyyələşdirmə mənbəyi kimi istifadə olunur. Bu, sabit maliyyə vəziyyəti və yaxşı biznes nüfuzuna malik olan müştərilərə verilir.

Kommersiya kreditinin çoxsaylı formaları mövcuddur. Müxtəlif sənaye sahələri müxtəlif ixtisaslaşmış formalardan istifadə edir. Bütün bunlar, ümumiyyətlə, müxtəlif kommersiya məqsədlərini yerinə yetirmək üçün kapitalın səmərəli istifadəsini təmin etməkdən ötrü müəssisələrin əməkdaşlığını təşkil edir.

Alternativ kommersiya krediti

Sadə kommersiya kreditinin alternativlərindən biri kimi təchizatçı tərəfindən pərakəndə satış üçün, məsələn, hədiyyə dükanına, hər hansı bir məhsul dəstini satmağı təklif etməsi sayılır. Bu halda, mağaza həmin malları satana kimi ilkin təchizatçı mülkiyyət hüququnu qoruyub saxlayır.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu orta əsrlər dövründə (II hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu orta əsrlər dövründə (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Həmçinin valyuta ödənişləri də qeydə alınırdı: əgər varsa, xarici valyutaVatikan pulları. Öz növbəsində istənilən xərclə bağlı qeyd,  tarix, söz və rəqəmlə məbləği, sərəncam sənədinə istinad etməklə, pul alanın adını, ödənişin təyin edilməsini və ödəniş üsulunu özündə saxlayırdı. Kassa kitabının hər bir vərəqinin yuxarı hissəsində onun tərtib olunduğu il göstərilirdi.

Kassa kitablarının aparılmasını öz üzərinə götürən şəxslər and içirdilər. Qeydlərin hər hansı birində səhvin düzəldilməsi üçün xüsusi sərəncam olmalı idi. Düzgün olmayan qeyd silinmirdi, üzərindən xətt çəkilirdi və üst tərəfində düzgün mətn yazılırdı. Kitablarda bu səhvləri məhz, xüsusi olaraq, bundan ötrü təyin edilmiş notarius yerinə yetirirdi.

Tampliyerlərdə – güclü və varlı katolik ruhani-cəngavər ordeni – qeydlərin aparılmasının xüsusi qaydası mövcud idi. Mədaxil kassa jurnalı hər gün aparılırdı, ödəniş edənə qəbz verilirdi. Günün başlanğıcında jurnalda ayın tarixi və növbə cəngavərinin – kassirin adı təqdim olunurdu. Hər bir maddədə bunlar göstərilirdi: pullar, ödəniş məbləği və valyuta növü, faktiki ödəyici və ya vasitəçinin adı, ödənişin  səbəbi. Əgər pul cari günün gəlirlərindən ödənilirdisə, məxaric əməliyyatları da burada yazılırdı. Bununla birlikdə əsasən xərc əməliyyatları ayrı bir jurnalda əks olunurdu. Beləliklə, bütün qeydlər iki jurnalda – xronoloji registrlərdə saxlanılırdı.

Hər gün bu jurnallar üzrə nəticələr yekunlaşdırılırdı. Sonra isə qeydlər əsasında indi deyildiyi kimi sistematik mühasibat uçotu tələblərinə uyğun olaraq məlumatlar paylanırdı. Uçot latın dilində və rum rəqəmləri ilə yazılırdı.

1307-ci ildə kral IV Filipin əmri ilə tampliyerlər ordeninin rəhbərləri həbs olundular, onun nəhəng əmlakı isə müsadirə edildi. Nəticədə tampliyerlərin bu növ uçot metodikası uzun illər unudulmuş oldu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun