İkinci dünya müharibəsi dövrünün hərbi iqtisadiyyatı barədə faktlar (II hissə)
I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun
Qul əməyi
1944-cü ilin payızına olan vəziyyətə görə, Almaniya sənayesində 8 milyon nəfər əcnəbi çalışırdı ki, bu sənayedə məşğul olan kontingentin dörddə birini təşkil edirdi. Onlardan 2 milyonu hərbi əsirlər idi. Sovet İttifaqından 2,5 milyon, Polşadan 1,7 milyon, Fransadan 1,3 milyon, İtaliyadan 600 min nəfər adam aparılmışdı. SSRİ-dən və Polşadan olan işçilərin yarısına qədərini orta yaşı 20 ili ötməyən qadınlar təşkil edirdi.
Almaniyanın məğlubiyyəti nə vaxt dərk olunmuşdu?
1941-ci il noyabrın 29-u tarixində silahlandırma naziri Frits Todt, Hitlerə “hərbi və iqtisadi baxımdan müharibənin onsuz da Almaniya üçün itirildiyini” söyləyərək, Rusiya ilə müharibəyə son verilməsi barədə qərar verməsini tövsiyə etmişdi. Həmin vaxt onu sözügedən vəzifədə səyləri sayəsində Almaniyanın hərbi sənayesinin 1944-cü ilin payızına qədər istehsal həcmini artıran fürerin şəxsi arxitektoru Albert Şpeyer əvəz etdi. Şpeyerin fikrincə, Almaniya texniki baxımdan müttəfiqlərin kütləvi bombardımanları nəticəsində sintetik yanacaq istehsal edən zavodların 90%-nin məhv edildiyi 1944-cü il mayın 12-də məğlub olmuşdu.
Hamını korporasiyalara
İqtisadiyyatın idarə olunması ilə bağlı Hitler konsepsiyası iqtisadiyyatın bütün iştirakçılarının məcburi şəkildə peşəkar özünüidarəetmə təşkilatlarına birləşdirilməsini nəzərdə tuturdu: işəgötürənlər gildiyada, fəhlələr isə vahid həmkarlar ittifaqında (“Alman əmək cəbhəsi”) birləşirdilər. Amma, faşist İtaliyasında idarəetmə sistemi daha da unifikasiya edilmişdi. Çünki İtaliyada həm işəgötürənlər, həm də hər bir sahə üzrə zəhmətkeşlər bir təşkilatda birləşirdilər – korporasiya adlandırılan təşkilatda (faşist rejimlərində tətbiq edilən “korporativ dövlət” ifadəsi də məhz, buradan götürülüb).
Avstraliya tankları
İkinci dünya müharibəsinin başlanğıcında İngiltərənin Sakit okean dominionlarına dəstək verə bilməməsi və yapon təcavüzü qarşısında öz zəifliyi ortaya çıxanda Avstraliya öz hərbi sənayesinin – aviasiya, gəmiqayırma, tank sənayesinin yaradılmasını sürətləndirdi. Müharibənin başlanmasından əvvəl yalnız kənd təsərrüfatı təchizatçısı kimi strateji əhəmiyyət kəsb edən Yeni Zelandiya, tankların, tüfənglərin, əl qumbaralarının, aviadaşıyıcıların, həmçinin kiçik hərbi gəmilərin sərbəst buraxılışını mənimsəməyə başlamışdı.

Mühasiblərin müxtəlif nəticələri təsərrüfat fəaliyyəti ilə məşğul olan insanların bu və ya digər qruplarının müxtəlif və ziddiyyətli maraqları ilə əlaqələndirməyənə qədər, lazımi variantın seçilməsində elə bir çətinlik yaranmırdı. Lakin Entoni bu variantların qərəzsiz olmadığını və hər paylamanın insanların maraqlarına təsir etdiyini göstərəndə problemə münasibət dəyişdi. Antoni yazırdı ki, texniki xidmət şöbəsinin xərclərinin bölüşdürülməsinin və istehsal sexlərinin cari təmiri üçün ondan çox üsul var. Hər bir üsul ustaya istismar xərclərinə görə məsuliyyətini necə nəzərdən keçirməli olduğu barədə özünəməxsus göstəriş kimi xidmət edəcəkdir.
Bitkoinin qiyməti tarixi rekordu yenilədi: onun qiyməti ilk dəfə olaraq 27 min dolları ötüb keçib. CoinDesk-in məlumatları bunu göstərir.
Bəzi hallarda kadrlar üzrə mütəxəssislərə qaranlıq qalan məsələlərdən biri də qısa müddətdə işləmiş işçilərə işdən azad olunan zaman əmək məzuniyyətinin kompensasiya olunmasıdır. Mövzunu konkret misal əsasında sərbəst auditor Altay Cəfərov şərh edir.