Azərbaycan banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib

posted in: Xəbər | 0

Özbəkistan bankları, Sosial ödəniş, Bankomat, Sosial ödənişlərin qrafikləri,Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçılarının daha əlverişli tarif siyasəti tətbiq etməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirir və onların icrasını daim diqqət mərkəzində saxlayır.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan birgə bankomat şəbəkəsi AMB-nin operatoru olduğu Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb. Bu məqsədlə 11 bank – “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, “AFB Bank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Express Bank”, “Günay Bank”, “Turan Bank”, “Unibank”, “Yelo Bank”, “Ziraat Bank Azərbaycan” ASC-lər, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb. Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət birgə bankomat şəbəkəsindən daha əlverişli şərtlərlə istifadə edə biləcək. Yeni şəbəkə müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.

Gələcəkdə birgə bankomat şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, AMB ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçirəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

SOCAR ötənilki vergi ödəmələrinin məbləğini açıqlayıb

posted in: Xəbər | 0

SOCAR'da təcrübəÖlkə üzrə ən iri vergi ödəyicilərindən biri olaraq Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli yer tutur və ölkə iqtisadiyyatının inkişafında təkanverici rol oynayır.

“Report” bu barədə SOCAR-ın “Davamlı İnkişaf üzrə İllik Hesabat”ına istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildə şirkət büdcəyə 1 622,208 milyon manat məbləğində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib. 2018-ci illə müqayisədə vergi ödəmələri 14,145 milyon manat çox olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa Çindən “kritik asılılığa” düşüb

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı, qeyri-neft, İqtisadiyyata dəstək, dəstəkləyici tədbirlər,Çinin sürətli inkişafı Avropa Birliyi ilə iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxarmışdı. 2000-ci ildən 2019-cu ilə qədər ticarət həcmi təxminən səkkiz dəfə (560 milyard avroya qədər) artmışdır. MERİCS institutunun araşdırmasında deyilir ki, Aİ 103 məhsul və məhsul kateqoriyasında “kritik şəkildə” ÇXR-dən olan ixracdan asılı vəziyyətə düşüb.

Çin ABŞ-dan sonra Aİ-nın ikinci mühüm ticarət tərəfdaşıdır. Hesabatda deyilir ki, Avropanın əczaçılıq, kimya və elektronika sektorlarının Çin idxalına böyük ehtiyacı var. Mütəxəssislərin fikrincə, Aİ-nin Çindən tədarükdən “strateji olaraq asılı olduğu” 659 mal kateqoriyası var.

Analitiklər strateji asılılığı AB ölkələrinin istənilən məhsulun 50 faizdən çoxunu Çindən ixrac edilən və kritik – müəyyən bir mal kateqoriyasına çıxışı məhdudlaşdırarkən, ölkə iqtisadiyyatını zəiflədə və ya həssas hala gətirə biləcəyi bir vəziyyət adlandırırlar.

İyun ayında Almaniyanın xarici işlər naziri Hayko Maas Avropa İttifaqını Çinə qarşı vahid strategiya yaratmağa çağırıb. Maas Çini gələcək fövqəldövlət adlandırıb. Lakin nazir hesab edir ki, Aİ ölkələri Çinlə münasibətləri yalnız iqtisadi deyil, həm də siyasi mülahizələrə əsaslanaraq qurmalıdırlar.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərbaycan Banklar Assosiasiyası” bəyanat yayıb

posted in: Xəbər | 0

Son dövrlər bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin yaydığı bəyanatda bildirilib.

“ABA olaraq bir daha bəyan edirik ki, ölkə Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər.

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;

– Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;

– Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin 1 illik əmək haqqı qədər vəsait ödənilsin;

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun 3 aylıq əmək haqqı qədər birdəfəlik maddi yardım ödənilsin.

Assosiasiyaya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.

Azərbaycan bank icması hər zaman olduğu kimi ölkə prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər”, – deyə bəyanatda qeyd olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun