PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı

posted in: Xəbər | 0

Black Friday, AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bankın kiçik və orta biznes sahibləri üçün cəmi altı ay öncə istifadəyə verdiyi “Onlayn biznes krediti” məhsulu artıq ilk beynəlxalq mükafatını aldı.

Belə ki, 20 noyabr 2020-ci il tarixində “SME Banking Club” tərəfindən onlayn formatda keçirilən Ekspertlər Şurası iclasında region üzrə kiçik və orta bizneslərə dövriyyə vəsaitini artırmağa kömək edən üç ən yaxşı kredit məhsulu seçildi.

“Tinkoff Bank”, “Sberbank”, “OTP Bank Ukraine” kimi nəhəng bankların da iştirakı ilə keçirilən Ekspert Şurasında PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu finalçı bankların nümayəndələrinin səsverməsi ilə müəyyən edilmiş 3 qalıb arasında yer almışdır.

Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Belarus daxil olmaqla 11 ölkəni təmsil edən bank nümayəndələri iştirak etmişdir. Finalçılar 200-dən çox bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi dövriyyə vəsaitini artırmağa kömək edən məhsulların “SME Banking Club”-ın analitikləri tərəfindən hazırlanmış tədqiqatların nəticəsində müəyyən edilmişdir.

PAŞA Bank, kiçik və orta sahibkarlar üçün “Onlayn biznes krediti” məhsulunu müştərilərinə 2020-ci ilin may ayından təklif edir. Prosesin maksimum avtomatlaşdırılması sayəsində müştərilər 250.000 AZN-dək biznes kreditlərini tamamilə onlayn şəkildə banka gəlmədən və növbə gözləmədən əldə edə bilərlər. Kredit üzrə müraciələr 24/7 rejimində qəbul olunur, qərar isə bütün sənəd və məlumatlar təqdim edildikdən sonra müştəriyə cəmi 2 iş günü ərzində bildirilir.

Əlavə olaraq qeyd olunmalıdır ki, 30 noyabr 2020-ci il tarixinədək keçirilən “Endirimlər həftəsi” çərçivəsində “Onlayn biznes krediti” məhsulunu 16.5% illik faiz dərəcəsi və komissiyaya 25% endirim ilə əldə etmək mümkündür. Endirimlərdən faydalanmaq üçün: link.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böhrandan ən az zərər çəkən Avropa ölkəsinin adı məlum olub

posted in: Xəbər | 0

Bloomberg agentliyinin yazdığına görə, bütün AB ölkələri arasında Litva Respublikasının iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı böhrandan ən az zərər görüb.

Avropa Komissiyası hesab edir ki, Litva Avropa İttifaqı ölkələri arasında ÜDM-in ən kiçik azalmasına (2,2 faiz) nail olacaq. Ekspertlər Litvanı hansısa mənada qalib adlandırıblar: onun iqtisadiyyatı turistlərdən asılı deyil. Fermerlər yaxşı məhsul əldə ediblər və logistik şirkətlər qazanıblar, çünki insanlar internetdə alış-veriş sayını artırıblar.

Onlayn xidmətlərə tələbatın artması ona gətirib çıxarıb ki, informasiya və kommunikasiya texnologiyaları ilə məşğul olan şirkətlər öz satışlarını ikinci rübdə təxminən 50 faiz artırmışlar. Bundan başqa, Litva koronavirusun ilk dalğasına ildırım sürəti ilə reaksiya verib. Karantin cəmi yeddi nəfər xəstələndikdən sonra tətbiq olunub.

Bu tədbir onu Avropada ən az zərər çəkmiş ölkələrdən biri edib. “Səhiyyə sahəsindəki qələbələr iqtisadiyyatın sürətlə bərpasına kömək etdi”, –  deyə Vilnüsdə keçirilən INVL Asset Management-in baş iqtisadçısı İndre Genit-Geçene bildirib. Biznesin də bir sıra uğurlu illəri olub. Ekspertlər qeyd edirlər ki, şirkətlər böyük maliyyə ehtiyatlarına malik idi və onların ayaqda qalmasına məhz, bu kömək edib.

Hakimiyyət bəyan edib ki, onların maliyyə ilə problemi yoxdur, dövlətin kifayət qədər vəsaiti var. İstehlakçılar ruhlanıblar: pərakəndə satışlar cəmi iki aydan sonra lokdaundan əvvəlki səviyyəyə dönüb. Hökumət məzuniyyət proqramı təqdim edə, vergilərin ödənilməsini təxirə sala və özünəməşğuliyyətdə çalışan işçiləri subsidiyalaşdıra bilib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət sahələri

posted in: Vergi, Xəbər | 0

güzəşt, güzəştlər, vergi tutulmaları, Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Vergi Məcəlləsinin 218.4-cü maddəsində sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi dəqiq müəyyənləşib. İqtisadçı ekspert Anar Bayramov həmin şəxslərin fəaliyyət sahələrini belə qruplaşdırıb:

– Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər.

Əlavə dəyəri vergisi (ƏDV) üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən könüllü qeydiyyat üçün ƏDV-yə müraciət etməyən daşınma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər yalnız sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Bu qrupa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alaraq sadələşdirilmiş vergi ödəyənlər aiddir.

– İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.

Bu kateqoriyaya “TOPAZ” mərc oyununu həyata keçirən şəxslər aid edilir. Qeyd edək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

– Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Bu maddəyə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı notariuslar tərəfindən sadələşdirilmiş vergi tutulan şəxslər aiddir. 1 yanvar 2020-ci il tarixdən bu maddə yalnız fiziki şəxslərə şamil olunduğundan hüquqi şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı sadələşdirilmiş verginin hesablanmasına ehtiyac olmayıb.

– Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər.

Bu maddədə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaq hüququna malik olan vergi ödəyiciləri nəzərdə tutulur. Burada bir məqama xüsusi diqqət yetirmək lazmdır ki, bu qəbzi işçisi olmayanlar əldə edə bilər. Misal üçün, dərziliklə məşğul olan şəxs “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər. Amma ən azı bir nəfər işçisi oduğu halda həmin şəxs bu hüququ itirmiş olur.

– Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər.

Bu müddəa notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması ilə bağlıdır. Sadəcə, öncəki müddəa mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunmasını nəzərdə tutduğu halda, bu maddə torpaq sahələrinin təqdim edilməsinə aid edilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təmir xərcləri hansı qaydalarla tənzimlənir?

posted in: Xəbər | 0

ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Təmir” sözünün anlayışı necə izah edilir? Belə ki, orta təmir, cari təmir, əsaslı təmir sözlərinin fərqi nədir? Bu sözlərdən hansı Vergi Məcəlləsində “Təmir” sözü altında nəzərdə tutulur?

Uzunmüddətli icarəyə götürülmüş avtomaşınların şinlərinin və sürtkü yağlarının (texniki normalar daxilində) dəyişdirilməsi istehsalat xərclərinə aiddir yoxsa təmir xərclərinə?

Cavab: Bildiririk ki,  təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”I ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Vergi Məcəlləsində vergitutma məqsədləri üçün təmir məsrəflərinin əsaslı, cari və ya orta təmir olmasında asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilmiş məsrəflər təmir xərclərinə aid edilir.

Buna əsasən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Bunlarla yanaşı, vergi ödəyicisi tərəfindən balansa götürülmüş nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılır. Eyni zamanda nəqliyyat vasitələri icarəçi tərəfindən balansa götürülmədikdə nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun