Xidmətlərin göstərilməsi zamanı malların təqdim edilməsi

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi ödəyiciləri xidmətlərin göstərilməsi zamanı malların təqdim edilməsi ilə bağlı müəyyən suallarla qarşılaşırlar. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

Misal 1. Vergi ödəyicisi qarşı tərəflə bağlanmış xidmət müqaviləsinə əsasən, həm konsaltinq xidməti göstərir, həm də həmin xidmətə aid kitablarının satışını həyata keçirir. Artıq bu əməliyyatların hər birinə ayrıca baxılmalıdır:

– xidmət göstərilməsi (konsaltinq xidməti);

– malların təqdim edilməsi (kitabın satışı).

Misal 2. Vergi ödəyicisi qarşı tərəflə ofisin rənglənməsi ilə bağlı 10.000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilədə qeyd edilir ki, xidməti göstərən şəxs ofisin rənglənməsi üçün göy və qırmızı rəngli boyalardan istifadə etməlidir. Təbii ki, xidmət göstərən rənglənmə xidmətini həyata keçirmək üçün həmin boyaların alınmasını təmin etməlidir. Burada boyaların alınması xidmətin göstərilməsinin tərkib hissəsidir. O səbəbdən müqavilədə qeyd edilən məbləği ümumi şəkildə xidmətin göstərilməsi kimi qəbul edəcəyik. Bu halda xidmət göstərən şəxs təqdim etdiyi elektron qaimə-fakturada xidmətin göstərilməsi üçün 10.000 manat qeyd edəcək.

Misal 3. Vergi ödəyicisi ofisin rənglənməsi üçün qarşı tərəflə imzaladığı müqavilədə rənglərin mal kimi təqdim edilməsini və xidmətin göstərilməsini ayrıca qeyd edib: müqavilənin ümumi dəyəri 10.000 manat olsa da, 6000 manat məbləğində mallar, 4000 manat məbləğində isə rənglənmə xidmətinin göstərilməsi qeyd edilib. Bu halda xidmət göstərən şəxs təqdim etdiyi elektron qaimə-fakturada xidmət və malların təqdim edilməsini ayrıca qeyd etməlidir. Çünki xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilib və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilib. Bu halda Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab olunmadığına görə ayrıca qeyd edilməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?

posted in: Xəbər | 0

xərclər,vergi öhdəlikləri, yeni nəsil NKA, Online kassa aparatları, elektron kassalar e-kassaMarketdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il tarixdə həmin kassa aparatları Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzlənib və köhnə aparatlar qeydiyyatdan çıxarılıb. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlanmaq mümkündürmü?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
  • NKA 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Qeyd olunanlara əsasən, 10 yanvar 2020-ci il tarixdə marketdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!

posted in: Xəbər | 0

AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank “Black Friday” endirim mövsümü çərçivəsində kiçik və orta biznes sahiblərinə onlayn biznes kreditlərinə edilmiş müxtəlif endirim və güzəştlərdən yararlanmağı təklif edir.

26-30 noyabr 2020-ci il tarixlərində davam edəcək kampaniya daxilində onlayn biznes kreditinə müraciət edən sahibkarlar üçün komissiya xərclərinə 25% endirim tətbiq olunacaq və illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 16.5% olacaq. Bundan əlavə, qeyd olunan tarixlərdə hesab açmaq və ilk ölkədaxili ödəniş tamamilə pulsuz olacaq. Həmçinin, müştərilər təkrar ödənişlərdə də əlavə pulsuz ödənişlər qazanmaq şansını əldə edəcəklər.

Mövcud vəziyyəti nəzərə alaraq onlayn satışa üstünlük verməyi planlaşdıran, lakin ödənişlərin onlayn qəbul olunması üçün saytı və ya mobil tətbiqi olmayan biznes sahibləri PAŞA Bankın “Linklə ödəniş” xidmətinə tətbiq olunan endirimlərdən yararlana bilərlər. Belə ki, kampaniya çərçivəsində mövcud müştərilər bu xidmət üçün hər ödənişə 50%-dək, yeni qoşulan müştərilər isə 10% endirim əldə edəcəklər.

Onu da qeyd edək ki, PAŞA Bankın xüsusi kredit şərtlərindən və endirim platformasından yararlanmağa, eləcə də mobil tətbiq ilə bank xidmətlərindən istifadə etməyə imkan verən yeni sərfəli əməkhaqqı layihəsi mövcuddur. Kampaniya müddətində PAŞA Bank əməkhaqqı layihəsinə yeni qoşulan müştərilər üçün 5 əməkhaqqı kartı pulsuz təklif olunacaq.

Məhsullar haqqında ətraflı məlumat əldə etmək və müraciət üçün https://pashabank.digital/login?utm_source=accounts_payments&utm_medium=email&utm_campaign=black_friday_2020 saytı vasitəsilə və ya PAŞA Bank Əlaqə Mərkəzi ilə əlaqə saxlayın: * 8123 / (+99412) 4965004


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu

posted in: Xəbər | 0

Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaqla yanaşı, “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və s.) “ASAN İmza” əldə edə bilərlər.

Hələlik bu xidməti Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirmək mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Azerfon (Nar) mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, “ASAN imza” sahibi olan müştərilər, müxtəlif əməliyyatlarını İnternet üzərindən həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən məsafədən bankçılıq xidmətinin üstünlüklərindən faydalanaraq bank əməliyyatlarını rahatlıqla  icra edə bilərlər.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun